Azərbaycan səhiyyəsinin AĞ xalatlı QATİLLƏRİ-"Nişanlı öğlumu öldürdülər"

Azərbaycan səhiyyəsinin AĞ xalatlı QATİLLƏRİ-"Nişanlı öğlumu öldürdülər"
Azərbaycanda səhiyyənin hansı vəziyyətdə olması hər kəsə bəllidir. Yəqin ki, bu yaxınlarda Gürcüstanda hansısa klinika rəhbərinin Azərbaycan səhiyyəsini lağa qoymasından da xəbərsiz deyilsiniz. Bir sözlə, xəstəxanalarda həkim səhlənkarlığından dünyasını dəyişən xəstələrimiz ailələri üçün faciə olduğu halda səhiyyəmiz üçün adi statistikadan o tərəfə keçmir. Xəstəxanalarımız şəfa yerindən çox, ümidsilik məkanına çevrilib. Az qala mətbuat hər gün xəstəxanalardan həkim səhlənkarlığı ucbatından baş verən ölüm xəbərlərini tirajlayır. Müsbət nəticə isə yoxdu və yaxud da bu gedişlə vətəndaşlarımız səhiyyəmizdən hələ də müsbət nəticə gözləmir. Beləliklə, dünən Miq.Az saytına daxil olmuş şıkayət məktubunu siz də oxuyun...Oxuyun ki, səhiyyəmizin bəzi ağ xalatlı həkim-qatillərindən özünüzü qoruyun. Əlbətdə ki, əgər bacara bilsəniz...

Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonundan məcburi köçkün, Sabunçu rayonu, II Zabrat qəsəbəsi, İstixana Kombinatında ev 39, m. 19-da yaşayan Həsənov Filman İman oğlu tərəfindən

Ə R İ Z Ə

Yazıb Sizə bildirirəm ki, oğlum 1993-cü il təvəllüdlü İmanlı Cavidi 27.10.2017-ci il tarixində sağ qolunun çiyin nahiyəsindən arı sancmış, 3-cü gunü 30.10.2017-ci il tarixində yaranan şişin tez çəkilməsi istəyiylə özü öz ayağıyla Sabunçu rayonu 3 saylı Kliniki Tibbi Mərkəzinə müraciət etmiş və bir sutqa sonra cərrah həkim Tağı Əliyev qolu qanqrena ola bilər bəhanəsiylə onu əməlliyyat otağında deyil, kifayət qədər xəstəsi olan palatada əməliyyat etmişdir.



Əməliyyatdan əvvəl heç bir ağrı acısı olmayan, telefonla selfi çəkib göndərən oğlum əməliyyat sırasında rəhmətə gedib.

İşin Sabunçu rayon sud ekspertizasına verilməsindən 54 gün keçdikdən sonra mənə ölüm səbəbi kimi intoksikasiya fonunda artan poliorqan çatışmazlığı bildirilir.

Sual olunur ki, poliorqan çatışmaması arı vurmasındanmı olub ya həkimin vurduğu iynə səbəbiylə yaranan şokdanmı? Əgər arı vurma səbəb olubsa 3 günə bu necə baş verə bilib? Və əgər daxili orqanlarda zəhər müşahidə olunmuşdursa nəyə görə onun qanı yuduzdurulmaq əvəzinə 1 sutqa keçdikdən sonra qolu yarılmışdır? Arı zəhəri olan adamın qolunun yarılmasına nə ehtiyac ardı? Deyildiyi kimi 3 günün içində poliorqanı çatmırdisa belə qolun yarılmasının nə xeyiri olacaqdı?

Bu diaqnoz qoyulmuş xəstə ağır vəziyyətdə olmalı deyildimi, öz ayağıyla tək başına xəstəxanaya necə gedib və telefonla öz selfisini çəkərək bəs necə göndərə bilib?

Sabunçu rayonu 3 saylı Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsinin olmadığını və oğlumdan heç bir analiz götürülmədiyini göz önünə alsaq həkim Tağı Əliyev xəstənin üzünə baxmaqlamı xəstəyə bu diaqnozu qoyub?

Əməliyyatdan əvvəl gümrah, normal görünüşdə və danışıqda olan oğlum artıq tamahına görə lazımsız əməliyyat aparmış həkim Tağı Əliyevin əməliyyatdan əvvəl vurduğu iynədən yaranmış şok səbəbiylə dünyasını dəyişmişdir.

Düşünün ki, böyrəyində daş olan birini maşın vurub öldürür və ekspert onun ölüm səbəbinin böyrəyində daş olduğunu deyir. Eynilə də sağlam oğlumu tamahına görə əməliyyat edib varlanmaq istəyən həkim heç bir yoxlama aparmadan vurduğu iynəyə görə şoka düşüb rəhmətə getmiş oğluma 3 günün içində bütün daxili orqanları arı zəhərinə görə sıradan çıxıb deyə ölüb deyir.

Xəstəxananın baş həkimi Fikrət Zeynalov əvvəllər 4 saylı xəstəxananın baş həkimi idi və Tağı Əliyev də 4 saylı xəstəxanada işləyirdi. 3 saylı Kliniki Tibbi Mərkəzinə baş həkim təyin olunanda Tağı Əliyevi də özüylə gətirib. Odur ki, meydanı verib Tağı Əliyevə ki, "Kim içəri girdi əməliyyat elə, arxanda mənəm” deyə. Ona görə də Tağı Əliyev 3 gün arı vurmuş birini lazımsız əməliyyat edib öldürüb.

Odur ki, sinəsinə bala dağı vurulmuş yaralı bir ata kimi Sizdən artıq dərəcədə Xahiş edirəm ki, 24 yaşlı sağlam oğlumu bu cür tamah məqsədiylə əməliyyat edib ölümünə səbəb olan cinayətkar həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsinə kömək edəsiniz. Onun dekabr ayında toyu olacaqdı. Bu cür canilərin ucbatından bütün arzuları yarımçıq qaldı.



Həkim Tağı Əliyev bu cür cinayətlərlə yığdığı pullarnan özünü müdafiə edib, çox yeri susdurub özünə bərait qazanmağa nail olur.

Mənimsə haqqı müdafiə etməyə gücüm çatmir. İçimdəki ağrı - acı nə qədər böyük olsa da səsim heç bir yerə yetmir. Sizin gücünüz böyükdü. İçimdəki bu fəryada səs verin. Xahiş edirəm. 24 yaşlı, toyu yasa çevrilən, arzularına çatmayan nakam oğlumun haqqını müdafiədə Sizdən kömək istəyirəm. Bir gəncin arzularını öz tamahkarlığına qurban verən bu cinayətkar həkimin cəzalanmasına yardım edin.

Yazıda adları çəkilən qarşı tərəfin də mövqeyni dərc etməyə hazırıq.




Miq.Az
Tarix: 25-12-2017, 22:19
Xəbəri paylaş





Xəbər lenti