2018-ci il üçün 2 proqnoz: DÜNYA GÖZLƏYİR

2018-ci il üçün 2 proqnoz: DÜNYA GÖZLƏYİR
Yeni təqvim ilinə sayılı günlər qalmış, öncəgürümlərilə uzun illərdir diqqət mərkəzində olan Vanqanın söylədikəri yenidən müzakirə edilir.

Cebhe.info xəbər verir ki, Əkiz qüllələrə hücum, Brexit, İŞİD-in ortaya çıxması kimi dünya əhəmiyyətli hadisələrlə bağlı öncəgörümləri olduğu deyilən Vanqa 2018-ci il üçün də proqnoz verib. 1996-cı ildə dünyasını dəyişən Vanqanın gələn il üçün söylədiyi proqnozlardan biri Çinlə bağlıdır. Vanqanın təxminlərinə görə, 2018-ci ildə Çin supergücə çevriləcək və ABŞ-ın adını əlindən alacaq. İkinci təxmin isə Venera planetində yeni bir enerji növünün tapılması ilə bağlıdır.

Mütəxəssislərin hesablamalarına görə, Çin iqtisadiyyatı son illər o qədər sürətlə böyüyür ki, dünyaya hökm etməsi qısa zamanda mümkün ola bilər. Əgr 1970-ci illərdə Çin dünya iqtisadiyyatının ancaq 4 fazinin təşkil edirdisə, 2015-ci ildə bu rəqəm 15,6 faizə yüksəlib. Bu rəqəm Çinə hələlik ABŞ-ın yerini əlindən almağa kifayət etmir, ancaq inkişaf bu templə davam edərsə, yaxında bu da mümkün olacaq.



Veneraya gəlincə, bu məsələ ilə bağlı hələlik konkret araşdırma yoxdur. Bununla belə, astrofizik Eugen Parkerin adını daşıyan və Günəşin xarici örtüyü ilə bağlı araşdırma 2018-ci ildə başlayacaq. Bu araşdırma çərçivəsində Veneranın cazibə qüvvəsindən Günəşin ətrafından keçmək üçün istifadə nəzərdə tutulur.

Cebhe.info xatırladır ki, Vanqanın təxminlərinə görə, 2228-ci ildə dünyada aclıq sona çatacaq. 2256-c ildə Marsda koloniyalar yaradılacaq. 2341-ci ildə isə dünya yaşanmaz vəziyyətə düşəcək.

Xəzər
Tarix: 25-12-2017, 22:25
Xəbəri paylaş





Xəbər lenti