“Gürcüstan Ermənistana yardım məsələsində ehtiyatlı olmalı, Azərbaycanın maraqlarını nəzərə almalıdır” –Badri Nackebia

“Gürcüstan Ermənistana yardım məsələsində ehtiyatlı olmalı, Azərbaycanın maraqlarını nəzərə almalıdır” –Badri Nackebia
"Gürcüstan region dövlətləri ilə mehriban qonşuluq siyasəti yürüdür. Amma bu, o demək deyil ki, Ermənistan üçün güzəştli addımlar atmalıdır".

Bunu politoloq, Gürcüstanın əməkdar jurnalisti Badri Nackebia söyləyib.


Naçkebia deyib ki, Azərbaycan ilə Gürcüstan dost və qardaş xalqlardır.

"Bu gün diplomatik münasibətlərimizin 25-ci ildönümünü qeyd edirik. Bu, bizim üçün çox əlamətdar hadisədir. Azərbaycan hər zaman, xüsusən də, ən ağır günlərdə gürcü xalqının yanında olub, bizə dəstək verib, qardaş yardımı göstərib", – deyə o, bildirib.

Politoloq daha sonra deyib: "Bu gün Ermənistana yardım üçün Abxaziya və Çxinvali bölgəsindən keçən yolun açılması barədə danışıqlar gedir. Düşünürəm ki, Gürcüstan dövləti ehtiyatlı olmalıdır. Azərbaycanın, eləcə də gürcü xalqının maraqlarını nəzərə almalıdır".

"Amma mən bir siyasətçi kimi, düşünürəm ki, bu məsələ elə danışıqlar olaraq qalacaq və heç zaman reallaşmayacaq", – deyə Naçkebia vurğulayıb/Report.
Tarix: 27-12-2017, 07:37
Xəbəri paylaş





Xəbər lenti