20 qəpiklik “peraşki”, 1 manatlıq dönərlər…

20 qəpiklik “peraşki”, 1 manatlıq dönərlər…
Hərdən ac vaxtımızda zərərli hesab edilən qidalardan yeyirik.
20 qəpiklik “peraşki” və 1 manatlıq dönərlər belə vaxtlarda çoxlarımızın köməyinə çatsa da, ziyanını illərlə ödəməli oluruq. Əslində, onu satan da, alan da bu cür qidaların zərərli olduğunu bilir. Lakin yenə də satılıb-alınır.
“İnsanların apteklərdə, klinikalarda növbəyə durması bu cür qidaların istifadəsinin nəticəsidir”.


Bunu Metbuat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

“Harada və necə gəldi bişirilən “peraşki”, dönər kimi qidaların hamısı təhlükəlidir. 2006-cı ildən ölkədə toyuq dönər satışı qadağan olunmasına baxmayaraq, bu gün də bişirilir. Monitornqlər göstərir ki, bu gün məkanların 85%-də toyuq dönərləri satışa çıxarılır. Keçən ilin fevral ayında Ölkə Prezidenti Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı fərman verdi. Yaxın vaxtlarda həmin agentlik işə düşməlidir. Ondan sonra problemlər həllini tapacaq”.

Qastreontoloq Arzu Quliyeva Metbuat.az-a açıqlamasında bildirib ki, istənilən halda, bu cür qidaların sağlamlığa ciddi ziyanı var:

“Dönər çiy qalan zaman insan sağlamlığına ziyan verir. Çiy ətin əzələlərində qurd yumurtaları ola bilir. Ət yaxşı bişməyəndə bu qurdlar dönərin tərkibində insan orqanizminə daxil olur. Sonradan fəsadlar şəklində özünü göstərir. “Peraşki” də həmçinin. Qızardılmış xəmirin öz problemləri var. İstər ev şəraitində bişsin, istər yolun kənarında. Fərqi yoxdur. Bu cür qidalardan uzaq durmaq məsləhətdir”.
Tarix: 3-01-2018, 21:26
Xəbəri paylaş





Xəbər lenti