AZAL-ın bütün reyslərinə qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq

AZAL-ın bütün reyslərinə qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq
2018-ci il yanvarın 15-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış başlanacaq.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq.

Məlumata görə, AZAL sərnişinlərin hava limanında qeydiyyat üçün öncədən gəlməyini xahiş edir: “Həmçinin, sərnişinlər saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqaj olduqda isə onu "Baggage Dropoff" ekspress-masasında təhvil verə bilərlər”.
Tarix: 5-01-2018, 15:20
Xəbəri paylaş





Xəbər lenti