Fazil Məmmədovun Ukraynadakı biznes əlaqələri araşdırılır - müdhiş iddia

Fazil Məmmədovun Ukraynadakı biznes əlaqələri araşdırılır - müdhiş iddia Fazil Məmmədovun Ukraynadakı biznes əlaqələri araşdırılırKeçmiş vergilər naziri Fazil Məmmədovun Ukraynadakı biznes əlaqələri araşdırılır

Palitika.Az-a daxil olan məlumata görə, sabiq nazirin Ukraynada yüksək çinli vəzifəli məmurlarla işbirliyi olub.


Bu məmurlar sırasında hüquq-mühafizə orqanlarından birinin rəhbərliyindəki şəxslərin olması iddia edilir. Həmin yüksək vəzifəli şəxsin azərbaycanlılarla münasibətlərinin yaxşı olmadığı söylənir.

Buna baxmayaraq, Ukraynadakı azərbaycanlılara qarşı aqressiv olan məmurlardan birinin F.Məmmədovla yaxşı biznes işləri var.
Məsələ barədə yuxarılar təftişə başlayıblar. Fazil Məmmədovun dünyanın bir çox ölkələrində mülkləri var.

Bundan əlavə, onun Ukraynada, Gürcüstanda, Türkiyədə biznes şəbəkələri var. Bu şəbəkələr hamısı üzə çıxarıla bilər.

Onun Ukraynanın kurort şəhəri Turskovetsdə olduqca lüks oteli var. Həmin otel “Mir” adlanır.

Bu haqda bildirən mənbənin sözlərinə görə, “Mir”otel Rezort Spa öz dəbdəbəsi ilə sözün həqiqi mənasında “göz qamaşdırır”.

Truskovetsin ən yaxşı otellərindən hesab olunan “Mir” oteli həm istirahət, həm də müalicə məqsədi ilə nəzərdə tutulub.

Dünya kurort turizminin məşhur ünvanlarından sayılan Truskovetsə gələnlərin xeyli hissəsi məhz bu otelə üz tuturlar.

Nazirin otelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Presidential suite” (“Prezident stili”) kateqoriyasından olanlar xüsusi diqqət çəkir.

Otelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Nömrəyə ikinəfərlik yataq, xüsusi vanna otağı, geniş qonaq otağı, Leonardo da Vinçinin rəsmləri ilə kollaj edilmiş gözoxşayan interyer daxildir.

Eksklüziv dizaynla hazırlanmış “Mirasle suiti” nömrəsi də Fazil Məmmədovun otelinin müştərilərinin özəl maraq göstərdikləri və olduqca bəyəndikləri nömrələrdən biridir.

103 kvadratmert ölçüsü olan bu nömrənin müştəriləri bir qayda olaraq tanınmış, populyar şəxslərdir.

Ümumilikdə 129 Standart nömrəsi, bundan başqa, Lüks və Lüks Premyer nömrələri də olan “Mir” oteli seçimini ondan yana edənlərə pulsuz parkinq, bütün otel ərazisində pulsuz Wi-Fi xidməti də göstərir.

Oteldə uşaqların rahatlığı və əyləncəsinə xüsusi önəm verilib ki, bu da Truskovetsə ailəsi ilə birgə təşrif buyuranların məhz “Mir”ə üz tutmasında müstəsna rol oynayır.

Mənbəmizin dediyinə görə, nazirin otelinin “Hər şey daxildir paketi otağın 7 gündən daha artıq müddətə rezerv edilməsi təqdirində qüvvəyə minir. Bu paket özündə aşağıdakıları cəmləşdirir.

Palitika.Az xəbər verir ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov mübhəminə Fazil Məmmədovun da adı əlavə olunub.

Hər 2 nazirin işdən qovulmasında əsas səbəb kimi ölkədən bir neçə milyardın çıxarılaraq xaricdəki bank hesablarına, ayrı-ayrı biznes lahiyələrinə, əmlak, yaxta və çoxsaylı qızıl-zinət əşyalarının alınmasına sərf etmələri haqda məlumatlar var.

Eldar Mahmudovla Fazil Məmmədovun adının qoşa çəkilməsi də təsadüfi deyil. Mətbuatda “MTN işi” adını alan bu əməliyyatdan az sonra Eldar Mahmudovun Fazil Məmmədovla əlaqələri üzə çıxdı.

Həmin günlərdə xəbərlər yayılmışdı ki, “MTN işi” Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı Vergilər Nazirliyinə də sıçrayacaq.

Az keçmədi bu xəbərlər qismən təsdiqləndi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kütləvi həbslər baş tutdu, naziriliyin rəhbər şəxsləri və tebeliçiyindəki qurumların bir çoxunun rəisləri həbsə alındılar. Vergilər Nazirliyində isə həbslər bu şəkildə aparılmadı, kütləvilik olmadı.

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad olundu, ardınca Vergilər Nazirliyində ümimi xarakterli araşdırmalar aparıldı.

V.Məmmədov istintaqa cəlb edildi, evlərində aparılan axtarış zamanı qiyməti yüz minlərlə dollarla ölçülən ləl-cəvahirat aşkarlansa da, o, həbsə alınmadı.

Bilindi ki, Vidadi Məmmədov ilə Eldar Mahmudov əvvəl “OBXSS”də bir yerdə işləyiblər. Eldar Mahmudov nazir postuna əyləşəndən sonra öz kadrlarını müxtəlif strukturlara yerləşdirməyə başlayıb.

Belə xəbərlər də vardı ki, Vidadi Məmmədovun nazirlik içərisindəki şəbəkəsinə Nəriman Məcidov rəhbərlik edir.

Belə ki, V.Məmmədovun kadrı Elmir Şirinov sərəncama göndərilməsindən sonra nazirlikdə onları təmsil edən Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin şöbə müdiri vəzifəsində olan Nəriman Məcidov qalıb.

V.Məmmədovun yetişdirdiyi kadrlardan olan N.Məcidov bundan öncə də Elmir Şirinova bağlı çalışıb.

Nazirlik içərisində onun adı V.Məmmədova bağlı Elmir Şirinov qruplaşmasında çəkilib. Mühüm işlər üzrə böyük müstəntiq olaraq V.Məmmədova ən çox pul qazandıran şəxs ünvanına sahib olub.
Tarix: 15-01-2018, 21:14
Xəbəri paylaş





Xəbər lenti