Belə getsə, ölkədə kütləvi intiharlar da adiləşəcək…-SOS!!.


Evimizi yıxan yalançı optimizmdir…
 

Sultan Laçın


 

 

…Nə yazıqlar ki, yeni 2019-cu ilimiz də intiharlarla başlandı. Son illər, demək olar ki, hər həftə ölkədə, azı, 2-3 intihar olayı haqda xəbərlər yayılır. Ancaq eyni ailədə ardıcıl intihar hadisəsi çox nadir hallarda qeydə alınır...           

Yanvarın 2-də Quba rayonunda baş  vermiş intihar hadisəsi eyni ailədə   bir həftə ərzində ikinci suisid olayı olub...  

 

Mediada yayılan məlumata görə, rayonun Susayqışlaq kənd sakini, 1972-ci il təvəllüdlü Bədirxanova Ceyran Kamal qızı yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

 

Məlumata görə, beş gün əvvəl, yəni dekabrın 29-da Ceyran Bədirxanovanın həyat yoldaşı - 1969-cu il təvəllüdlü Səməd Bədirxanovözünü yaşadığı evin talvarından asaraq intihar edib.

 

Bildirilir ki, ailədə ciddi problemlər olub, Səməd Bədirxanovun ölümündən sonra dərin psixoloji sarsıntı keçirən qadın özü də həyatına son qoyub...

 

Göründüyü kimi,  ölkədə artıq ər-arvadlar da bir-birinin  ardınca intihar etməyə başlayıb.  Bu minvalla, belə getsə, bir müddət sonra artıq dünyada, o cümlədən Azərbaycanda iki-iki, üç-üç, daha sonra isə eyni anda kütləvi intihar olayları da adiləşəcək... 


Elə bir müddət öncə Bakıda maaş ala bilməyən 6 fəhlənin özlərini damdan atmağa cəhd etməsi də yaddan çıxmayıb... 


 

Kimlərsə bəndənizi cəmiyyətə bədbin ruh aşılamaqda günahlandıra bilər. Elə bizim evimizi yalançı optimizm yıxır... Külli-məmləkətə aşkardır ki, gerçəklik dediyimə  doğru aparır.

Və həmin reallığı yetişdirən bir sıra subyektiv amillər də var:

 

-İldən-ilə artan intiharlara qarşı istər beynəlxalq təşkilat və super dövlətlər səviyyəsində, istərsə də ayrı-ayrı ölkə hökumətləri(kiçik istisnalarla) səviyyəsində heç bir ciddi adekvat profilaktik tədbir görülmür.

 

-Dünya üzrə yoxsulluğun səviyyəsi ilbəil artır.

 

-Milyonlarla insan, hamilə qadın, uşaq aclıq və susuzluqdan əziyyət çəkir ki, bu da nisbətən rufah halında yaşayan ölkə sakinlərini də təhdiq altında saxlayır.

 

-Bahalaşma, xüsusən ərzaq məhsullarının qiymətlərinin artması aztəminatlı ailə başçılarını ciddi psixoloji imtahanlar, sarsıntılar qarşısında qoyur...

 

-Bir yandan iqtisadi böhranlar, digər yandan texnoloji inkişaf, o cümlədən robotlaşdırma işsizliyi kütləviləşdirməkdədir...

 

-Gündən-günə  uşaq və gənclər arasında onları birbaşa və ya dolayısıyla intihara sürükləyən virtual oyun və ya filmlər  çoxalır.

 

-Tərkibi şübhəli olan, insan beyninə psixoloji təsir və təzyiqlər göstərən müxtəlif energetik içki və qidaların kütləvi satışı durdurulmur.

 

-Allahın haram buyurduğu sələm, kredit ucbatından borcluların, rəsmi bank “əsir”lərinin sayı aybaay artmaqdadır.

 

- Və ən başlıcası, başda BMT olmaqla, ümumdünya təşkilatları, eləcə də super güc və dövlətlər bəşəriyyətə Allaha imanı yox, allahsızlığı, bütpərəstliyi, materializmi, ateizmi və s. təlqin edir.

 

Öncəki yazılarımızda da  qeyd etdiyimiz kimi, Yaradana imanı olmayan və ya zəif olan adam isə bir balaca maddi, fiziki, fizioloji və ya psixoloji çətinlik ucbatından da  həyatına qəsd edə bilər...

 

Allah özü şər  güclər qarşısında qalan  insanlığa bir nicat qapısı açsın!..

Tarix: 5-01-2019, 09:38
Xəbəri paylaş





Xəbər lenti