Qarabağ Komitəsində müzakirələr ...


Yanvarın 9-da Qarabağ Azadlıq Təşkilatının qərargahında Qarabağ Komitəsinin növbəti toplantısı keçirilib. Qarabağ Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə,  toplantıda komitəyə 9 yeni üzv qəbul edilib, komitənin əsasnaməsində dəyişiklik edilib. Həmçinin qəbul olunan qərara görə, bundan sonra Koordinatorlar qrupu Qarabağ Komitəsinin İdarə Heyəti adlandırılacaq. İdarə Heyətinə yeni üzvlərin qəbulu daxil olmaqla yeni səlahiyyətlər verilib.

Bundan başqa, Qarabağ Komitəsinin analitik qrupunun yaradılması barədə qərar qəbul edilib. İdarə Heyətinə tapşırılıb ki, komitənin konkret istiqamətlər üzrə komissiyalarının yaradılması üzrə təkliflər hazırlasın.

Toplantıda daha sonra 24 yanvarda saat 12. 00-da KXCP qərargahında “Qarabağ cəbhəsində atəşkəs rejiminin hərbi-siyasi və beynəlxalq-hüquqi məzmunu” mövzusunda dəyirmi masa keçirilməsi barədə qərar verilib.

Qarabağ Komitəsi həmçinin blogger Mehman Hüseynov haqqında bəyanat qəbul edib.

Daha sonra işğal olunan ərazilərin azad olunması istiqamətində Ermənistanın effektiv addımlardan imtina etməsi təqdirində partizan hərəkatının təşkili və bunda Qarabağ Komitəsinin rolu haqqında etdiyi təklifi ətrafında geniş diskussiyalar keçirilib.

Qarabağ Komitəsinin növbəti toplantısının gələn həftənin 3-cü günü saat 12. 00-da QAT qərargahında keçirilməsi razılaşdırılıb.

“Yeni Müsavat”

Tarix: 10-01-2019, 08:14
Xəbəri paylaş





Xəbər lenti