“Qarabağda vuruşanlar canidir?” – Ohanyandan Paşinyana…

Sabiq nazir gözlənildiyi kimi ittihamları qəbul etməyib.

Ohanyan deyib: “Ermənistan və Qarabağı müdafiə edənlər cinayət törətməkdə ittiham olunurlar. 
Bu, konstitusion haqlar baxımından ədalətli qərardır? Görünən budur ki, 1 mart hadisələrindən öz hədəflərinə çatmaq üçün istifadə edənlər var.

Məni – Qarabağ və Ermənistandakı hərbi qüvvələri on illərlə idarə edən bir generalı cinayətdə ittiham etmək narahatlıq yaradır, bu ölkəmizin dəyərlərinə xəyanətdir. Mən günahsızam”.

Qeyd edək ki, 2008-ci il martın 1-də İrəvanda keçirimiş dinc aksiyalarda iştirak edən insanlara odlu silahlardan atəş açılıb. Nəticədə 10-dan çox insan həlak olub.

Atəş açmaq əmri verməkdə ittiham olunan keçmiş prezident Robert Köçəryan həbs edilib. Seyran Ohanyan və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov da şübhəlilər arasındadır.  

Tarix: 16-01-2019, 09:04
Xəbəri paylaş





Xəbər lenti