“Nə qədər ki, Qarabağ məsələsi günəbaxan tumları səviyyəsinə enəcək...” - ETİRAZ


“Nə qədər ki, Qarabağ məsələsi günəbaxan tumları səviyyəsinə enəcək...”
Azərbaycanda işğal olunan rayonlarımızın adlarını restoranlara, kafelərə vermək dəb halını alıb.

Moderator.az xəbər verir ki, bu yaxında Qarabağ adı altında günəbaxan tumlarının hazırlanması da cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Şirkət tərəfindən isə bildirilib ki, bu adı almaq üçün müvafiq qurumlardan rəsmi icazə alınıb:

Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov bunun biabırçılıq olduğunu bildirib:

“Bunun bir adı var o da biabırçılıqdır. Neçə illərdir Qarabağımızın işğaldan azad olunması üçün çalışırıq, amma bunlar o boyda Qarabağın adını günəbaxan tumlarına verirlər. Yoxsa ki, düşünürlər bizə Qarabağın qoxusunu günəbaxan tumlarından alaq? Qarabağ muğam beşiyi idi, o boyda Qarabağ şikəstəmiz var. Bu çox pis haldır. Düşünürəm ki, bunu edənlər öz ciblərini doldurmaqla yanaşı, bizi də təhqir edirlər”.

Bəs bu cür adları rəsmiləşdirmək üçün hansı quruma müraciət edilir?

Moderator.az-ın sualını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov buna aydınlıq gətirdi:

“Bu adı rəsmiləşdirmək üçün Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edilir.. Ümumiyyətlə, Qarabağ ətrafında ucuz vətənpərvərlik şouları davam edir. Bu Milli Məclis, dolma və lavaş səviyyəsində də var. Belə ucuz vətənpərvərliklə məşğul olan insanlardan qətiyyən razı deyiləm. Bir ziyalı və əslən Şuşalı olan bir şəxs kimi düşünürəm ki, nə qədər ki, Qarabağ məsələsi günəbaxan tumları səviyyəsinə enəcək, o qədər də Qarabağ unudulacaq. Bunlar yolverilməzdir. Amerikadan ermənilərin buraxıdığı Şuşa lavaşının nümunəsini gətirmişəm, hazırda ofisimizdədir”. 
Tarix: 16-01-2019, 09:15
Xəbəri paylaş





Xəbər lenti