Bakı Tbilisi və Yerevandan da geridədir:-Yaşamalı şəhərlər siyahısında

 

Litvanın paytaxtı Vilnyus şəhəri keçmiş SSRİ məkanında yaşamaq üçün ən rahat şəhərdir. Bu barədə Numbeo tədqiqat mərkəzinin indeksində bildirilir.

Vilnyus şəhəri indeksdəki mümkün 226 şəhər arasında 99-cu yerdədir. Vilnyus hətta Brüssel (111-ci yer), Madrid (112-ci yer), Seul (124-ci yer), Nyu-York (140-cı yer) və London (163-cü yer) kimi şəhərlərdən irəlidədir. Siyahıda ilk yerlərdə müvafiq olaraq Avstraliyanın Kanberra, Hollandiyanın Eydhoven və ABŞ-ın Roli şəhərləridir.

Bu siyahıda həmçinin keçmiş SSRİ respublikalarının da şəhərlərinin bir neçəsinin adı var.

· 109 – Nijniy Novqorod, Rusiya

· 130 – Minsk, Belarus

· 167 – Yerevan, Ermənistan

· 172 – Tbilisi, Gürcüstan

· 174 – Lvov, Ukrayna

· 182 – Sankt-Peterburq, Rusiya

· 191 – Moskva, Rusiya

· 192 – Kiyev, Ukrayna

· 193 – Odessa, Ukrayna

· 195 – Xarkov, Ukrayna

· 197 – Bakı, Azərbaycan

· 199 – Yekaterinburq, Rusiya

· 206 – Novosibirsk, Rusiya

· 208 – Alma-Ata, Qazaxıstan

Siyahıda son yerlərdə Banqladeşin Dakka, Nigeriyanın Laqos və Venesuelanın Karakas şəhərləri durur.

Ekspertlər bu indeksi şəhər sakinlərinin alıcılıq qabiliyyəti, ətraf mühitin çirklənmə indeksi, yaşayış minimumu, səhiyyə səviyyəsi, iqlim və yol hərəkəti, eləcə də mənzil qiymətləri və şəhər sakinlərinin gəlirləri arasındakı nisbət əsasında hesablayıb.

amerikaninsesi.org

Tarix: 17-01-2019, 07:37
Xəbəri paylaş





Xəbər lenti