“LAYİQLİ CƏZASINI DÜŞMƏN HƏLƏ ALMAYIB, XALQIM ÖZ TORPAĞINDAN YAĞILARI QOVMAYIB….” !!!


Qış qaraya boyandı o yanvar gecəsində!
Güllələr parçalandı şəhidlər sinəsində!

 

Fb-NİN GÜNDƏMİNDƏN

QARA DEYİL O YANVAR

Tanrının öz fırçası, öz boyaları vardır,
Fəsillərə rəng qatıb,
min möcüzə yaradır.

Ağappaq, bəyaz olur həmişə rəngi qışın,
Pambıq kimi qar alır yerini gur yağışın.

Bəs nədən qara geydi o qış bütün məmləkət? 
Ağı qara etməyə kimdə tapıldı cürət?!

Qış qaraya boyandı o yanvar gecəsində!
Güllələr parçalandı şəhidlər sinəsində!

O qaranlıq gecəyə doldu barıt qoxusu,
Vətənimə yürüdü 
Qanlı Sovet ordusu.

Qanına qəltan etdi çıxanı qarşısına, 
Ordu məhəl qoymadı xalqın sarsıntısına!

Azadlıq meydanına yeritdilər tankları,
Gülləbaran etdilər silahsız adamları!

O qaranlıq gecəni al qana boyadılar,
Bakının küçələrin qan ilə suladılar!

O gün Azərbaycanı dünyada tanıdılar!
Bildilər ki, burada qəhrəman,cəsur 
xalq var!

Susdura bilmədilər səsini azadlığın!
Saldı üzünə xalqım işığı qaranlığın!

Güllələrin səsindən qorxmadı Azərbaycan! 
Onun azadlığına qurban oldu neçə can!?

Qara deyil o yanvar!
Onda nur var, işıq var!
Onda azadlıq odu, hürriyyət alovu var!

Qara yanvar deməyin o dəhşətli gecəyə!
O, ilk pəncərə idi işıqlı gələcəyə!

Xalq çiynində yer verdi günahsız şəhidlərə,
Böyük xiyaban açdı qucağın igidlərə.

Qan rəngli çıçək şala büründü Bakı səhər,
Ağladı şəhidləri qırmızı qərənfillər.

Anaların göz yaşı yudu qanlı gecəni,
Tanrı göydə bəslədi azadlığı seçəni.

Azadlığa verildi neçə qurban, neçə can!?
İlk addımını atdı
Müstəqil Azərbaycan!

Qara yanvar deməyin o dəhşətli geçəyə!
O ilk pəncərə idi işıqlı gələcəyə!

Bu xalq azadlıq üçün nələrdən ötüb keçdi?!
Onun müstəqilliyi düşmənin gözün deşdi!

Xalqımın günahı nə? söylə, Tanrım! bilim mən.
Bu dəfə Qarabağa əl atdı yağı düşmən.

Yenə qanlı döyüşlər,
Orda- burda görüşlər,
Yenə qanla suladı bu torpağı şəhidlər!

Xocalı qətliamı törətdi ermənilər,
Diri-diri doğrandı orda qızlar gəlinlər.

Bəzəndi tariximiz Mübarizin adıyla!
Düşməndən qisasını igid aldı canıyla!

Şəhidlərin qanını yerdə qoya bilmərik!
Qarabağı düşmənə ölərik də vermərik!

Layiqli cəzasını düşmən hələ almayıb,
Xalqım öz torpağından yağıları qovmayıb.

Vətəni azad etmək müqəddəs borcumuzdur!
Zəfərə imza atmaq ən ümdə arzumuzdur!

Haydı, millətim, oyan! yolumuz Şuşayadır!
Zəfər yolunun sonu gözəl Qarabağdadır!






Tarix: 19-01-2019, 08:11
Xəbəri paylaş





Xəbər lenti