“Qarabağ Komitəsi ilə Xalq Hərəkatını üz-üzə qoymaq olmaz”

“Qarabağ Komitəsi ilə Xalq Hərəkatını üz-üzə qoymaq olmaz”

Hər iki qurumun üzvü olan siyasilər belə hesab edir

Qarabağ Komitəsinin təsisçilərindən olan QAT sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bəzi qüvvələr Qarabağ Komitəsinin, yeni Qarabağ hərəkatının yaranması prosesinə adekvat yanaşma göstərmədilər: “Dəstək vermək əvəzinə, özlərinin qrup maraqlarını qabartmağa başladılar. Bu gün də həmin xoşagəlməz tendensiyalar davam etdirilir, sanki bizimlə mitinq yarışına giriblər. Qarabağ Komitəsi ilə yeni yaranmış Xalq Hərəkatı arasında qarşıdurma görüntüsü yaratmaq istəyənləri təqdir etmirəm. Hər iki qurumda təmsil olunan adamlar çoxdur. Hərəkatın fəaliyyətinə uğurlar arzulayıram, amma uğur qazanacaqlarına o qədər də inanmıram”.

 

Belə  bir fikirlər də var ki, Qarabağ Komitəsində təmsil olunanların yenidən Azərbaycan Xalq Hərəkatı yaratması qüvvələrin bölünməsidir və nəticədə heç bir qurum uğur əldə edə bilməyəcək.

SÉrdar CÉlaloÄlu ile ilgili görsel sonucu

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirib ki, hadisələri xalqın fəallığı həll edəcək: “Hansısa qüvvələrin kimlərləsə birləşməsi prosesləri həll etməyəcək. Bunun üçün xalqın özünün fəallığı lazımdır. Qrupların ayrılması da hesab edirəm ki, normal bir haldır. Azərbaycan Xalq Hərəkatı yaranıb. Yəqin ki, iş aparıb, sonradan xalqı ora qoşacaqlar”.

VÄ°P sÉdri Æli Æliyev ile ilgili görsel sonucu

Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin üzvü, VİP sədri Əli Əliyev söyləyib ki, Qarabağ Komitəsi sırf Qarabağ mövzusunda olan hərəkatdır: “Onun başqa tərəfləri mövcud deyil. Qarşısına qoyduğu istiqamət Qarabağ probleminin həllidir. Qarabağ Komitəsi yalnız bu istiqamət üzrə fəaliyyət göstərən ictimai təşkilatdır. Bizim yaratdığımız Azərbaycan Xalq Hərəkatı isə daha genişmiqyaslıdır. Hesab edirik ki, Qarabağ məsələsi bizim fəaliyyətimizin yalnız bir hissəsi ola bilər. Ona görə də düşünürəm ki, bu iki təşkilat arasında bərabərlik işarəsi qoymaq, yaxud da onların bir-birinə qarşı olduğunu düşünmək yanlışdır. Bizim konkret olaraq qəbul etdiyimiz bəyanat var və burada qarşıya qoyulan vəzifələr hamısı öz əksini tapıb”.

Tural Abbaslı ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan Ağ Partiyanın sədri Tural Abbaslı da bildirib ki, Qarabağ Komitəsini və Azərbaycan Xalq Hərəkatını qarşı-qarşıya qoymaq doğru deyil: “Çünki hərəkatı yaradanların böyük əksəriyyəti Qarabağ Komitəsini yaradanlar və orada təmsil olunanlardır. Sadəcə olaraq, Qarabağ Komitəsinin fəaliyyət istiqaməti yalnız Qarabağ problemləri olduğu üçün daha geniş spektrı əhatə edəcək, siyasi fəaliyyətlə məşğul olacaq birliyin yaranması zərurəti yarandı. Ona görə də Azərbaycan Xalq Hərəkatı təşəbbüsü ortaya çıxdı. Məsələn, Qarabağ Komitəsi ”istefa" şüarı ilə mitinq keçirə, ölkədəki siyasi proseslərə mövqe bildirə bilməz. Eləcə də Qarabağ Komitəsinin iqtidarla da müxalifətçilik etməsi mümkün deyil. Çünki ümummilli məsələdə Qarabağ Komitəsi hətta hakimiyyətyönlü partiyalarla da əməkdaşlıq edə bilər. Ancaq Azərbaycan Xalq Hərəkatı sırf olaraq müxalif birlikdir. Qarşısında duran məqsəd isə hazırkı iqtidarın hakimiyyətdən göndərilməsi və  hakimiyyətin xalqa qaytarılmasıdır. Bu hərəkat sırf siyasi məqsədlər üçün yaradılıb.   Birlikləri qarşı-qarşıya qoymaq düzgün deyil. Mən və bir neçə partiya sədri həm Azərbaycan Xalq Hərəkətının, həm də Qarabağ Komitəsinin idarə heyətinin üzvüyük. Qarşı-qarşıya qoymaq cəhdləri hesab edirəm ki, qərəzli cəhdlərdir. Bu iki təşkilat bir-birini tamamlayan müxtəlif birlikdir, modeldir. Hesab edirəm ki, elə Azərbaycana da bu lazımdır".

Əli RAİS

Tarix: 30-01-2019, 08:48
Xəbəri paylaş





Xəbər lenti