Görəsən, İsmayılı rayon rəhbərliyi müasir ədəbiyyatımıza böyük xidmətlər göstərmiş Musa Yaqubla mraqlanırmı?


Möhtəşəm və qürurverici bir səhnədir!

İctimai fikrə əvəzsiz kalorit təlqin edən bir fraqment.

Azərbaycan silahlı qüvvələrinin ali baş komandanı şəhid anasına ali bir ehtiramla yaxınlaşır...

Əlbəttə , prezidentin idarəçilik fəaliyyətində bu bir ilk deyil.

Demək olar ki, prezidentin bütün çıxış və müsahibələrində məmur-vətəndaş münasibətləri xüsisi yer tutur.

llham Əliyev yalnız məmur davranışlarına dair normativləri səsləndirmir, direktivləri müəyyən etmir .
Həm də praktik nümunə göstərir, cəmiyyətə və daha cox öz siyasi və iqtisadi komandasının istifadəsinə işlək texnologiyalar verir.

“Xalqın birinci xidmətçısı mənəm, bütün məmurlar da belə işləməlidir” deyən dövlət rəhərinin şəhid ailələri ilə görüşundə çəkilmiş bir fotonun təəsüratı və yaydığı energetika bir-neçə cəhətdən cəlbedicidir..

1).Bir daha təsdiq olundu ki, Azərbaycan şərq ölkəsi olduğu üçün burada ictimayi düşüncə yeni çəkilmiş minlərlə kilometr asfalt yollarala, nəhəng tikinti layihələriylə və sair saysız-hesabsız təsərrüfat uğurları, bəzən də yorucu statistik göstəricilərlə deyil daha çox emosiyalarla qidalanır və idarə olunur.

Və Azərbaycanın hazırki, ictimai əhvalı-ruhiyyəsii bu cür qeyri standart aktlara təşnədir...

2) Xalq elə bir fenomendir ki,onun sağını, solunu, arxasını önünü (heç bir istiqamət üzrə) bir an belə boş qoymaq olmaz.
Boşluqlar olacaqsa, həmən boşluqları doldurmaq üçün “mənim kimsəsiz, köməksiz diqqətdən kənarda qalmış yaziq xalqım” ( “oğlunun qanpulunu ala bilməyən şəhid anası” və sair) deyib şüvən qoparan boşboğaz iddiaçılar tapılacaq və təəsüf ki, tapilır da…

3).Prezident, vuruğladığmız kimi, iqtidara rəğbət qazandıran texnologiyarı əyanilədişrir,məmurlara istiqamət verir,- problemli, dərdli ınsanın üstünə yox, yanına getmək, onu dinləmək gərəkdiir...

Bəzən bir xoş söz, bir isti münasibət istənilən aqressiyanı asanlıqla zərəsizləşdirə bilir.İncikliyin siyasi enerjiyə çevrilməsini əngəlləyir..

4). Problemdən qacmq yox, onü müzakirə etmək vacibdir.Ola bilər ki, onun həll müxanizmi hələ ki, tapılmasın.Hər halda vətəndaş görməlidir ki, onu məşğul edən qayğılar diqqət mərkəzindədir.

Amma bu barədə fərqli və həm də daha çox utancvericiırıcı şaiələr gəzir.

Danışırlar ki,( görünür, əsaslar olmamış deyil. Necə deyirlər, od olmayan yerdən tüstü çıxmaz. Xəbər sızmyan yerdən şaiə cücərməz) bəzi yüksək çinli məmurlar tabeliində olan əməkdaşlara problemlı məsələlərin onlara məruzə edilməməsiylə bağlı qəti göstəriş veriblər:

”Problem sözünü eşidəndə başım ağrıyır. Məni narahat eləməyin.”…

Ayda ildə bir dəfə hansısa problem nəzərə çatdırılanda isə “ cavab belə olur.”Baxın görün neynəyirsiniz”. 

Heç kim heç kmin əvəzindən baxıb görə bilməz.

Bu cür məmur tipi ocaq başında əyləşən düşmən mislindədir.

Başın ağriyir, ərizə yaz get otur evində. Başına da bir yekə dəsmal bağla …

5), Məmurlar öz fəliyyətlərinə yaradıçı elementlər əlavə etməlidirlər.

Təbii ki, məmur icracıdır.

Yuxarıdan gələn direktivləri redaktə edə bilməz və etməməlidir.

Amma biz bu gün bir gerçəkliklə üzüzə dayanmışıq.

“Yeni impuls, qeyri-adi yanaşma gərəkdir.”

6). Kabinetlərdən çıxmaq lazımdır!...

Yeri gəlmişkən, bilmirəm.

Görəsən, İsmayılı rayon rəhbərliyi müasir ədəbiyyatımıza böyük xidmətlər göstərmiş Musa Yaqubla, onun səhhətilə ilə mraqlanırmı?

Maraqlanıbsa cox yaxşı. Maraqlıanırsa və bu ictimailəşmirsə çox pis…

Təsəvvür edin, PA humanitar siyaət çöbəsinin müdiri Fərəh Əliyeva ismayılıya gəlib şairə baş çəkir.Və Az TV də bu barədə sujet verilir…

Və ya bəlkə də ömrünün son günlərini yaçayan Musa Yaquba “xalq şairi” adı verilir…

Və ya Heydər Əliyevin bağışladığı evdə yaşayan Ramiz Rövşən “Xalq şairi” adı ilə təltif olunsa, iqtidar sahibini kimqınaya bilər ki?

Həm də çox məntiqli bir qərar olardı.

İlk baxışda yersiz görünə bilər.

Ancaq ictimai fikrə təravət və sağlam emosiya gətirə biləcək bu cür addımlara cəmiyyətin bütövlükdə əşəddü ehtiyacı var…

Tarix: 30-01-2019, 11:31
Xəbəri paylaş





Xəbər lenti