Gizli Qarabağ danışıqları: Paşinyan razılaşır... – Ermənistandan şok iddia



“Azərbaycanla danışıqların aparılmadığını elan edən Ermənistan bununla diqqəti prosesdən yayındırmağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vigen Akopyan deyib.

Onun sözlərinə görə, Ermənistan hər hansı şəkildə danışıqların aparıldığı məlumatlarını təkzib edir, Azərbaycan isə əksini deyir:

“Buna görə də, Davosda Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilmiş görüşün təsadüfi olmadığını düşünürəm. Qarabağla bağlı gizli gedən prosesin ört-basdır etməyə çalışan Ermənistan vaxt qazanmağa çalışır.

Üstəgəl, Con Boltonun Tvitter mesajı maraqlı məqamları üzə çıxardı. Məlum oldu ki, Bolton Azərbaycan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsi haqda danışdığı halda bunu Nikol Paşinyanla müzakirə etməyib. Ehtimal etmək olar ki, supergüclər Qarabağ münaqişəsinin həlli üçün tələsirlər.

Nə qədər ki, Paşinyanın daxildəki reytinqi yüksəkdir, məsələni həll etməyə çalışırlar. Onlar hesab edirlər ki, Ermənistanın yeni rəhbərliyi beynəlxalq təzyiqlərə məruz qalarsa, Qarabağla bağlı qərar qəbul edə bilər”.

Vigen Akopyan qeyd edib ki, xalqların sülhə hazırlaşdırılması ilə bağlı ortaya atılmış informasiyanın detalları hələ məlum deyil: “Bu məsələ də naməlumdur. Müvafiq sənədin olub-olmadığı bəlli deyil. Nəzərə alsaq ki, Paşinyan və bir çox tərəfdarı Levon Ter-Petrosyanın “Qarabağı qaytaraq” tezisinin tərəfdarıdır, bu, Ermənistanın xeyrinə ola bilməz”.


Tarix: 2-02-2019, 13:07
Xəbəri paylaş





Xəbər lenti