Qüdrət Həsənquliyevin nazirə qarşı ittihamına reaksiyalar


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Naxçıvan Muxtar Respublikasının Azad Cabbarov adlı nazirinə qarşı ittihamlar səsləndirib. O bildirib: “ Mövcud vəziyyəti dəyişmək üçün Naxçıvanın sosial-iqtisadi inkişafına dair Xüsusi Dövlət Proqramının qəbul edilməsinin, Naxçıvanda Azad İqtisadi Zonanın, istehsal və emal müəssisələrinin yaradılması yolu ilə yeni iş yerlərinin açılmasının vacibliyini qeyd etmişdim.

Bundan sonra Naxçıvandan Azad Cabbarov adlı bir nazir və başqa bir vəzifəli şəxs, prezident və iqtidar partiyası mənəvi terrorla məşğul olanları qınadığı halda, prezident və ailəsi təhqir olunan zaman susan bu mənfur ünsürlər sosial şəbəkədə Naxçıvanı təmsil edən deputat olmama baxmayaraq, məni Naxçıvanın “daxili işlərinə” qarışmaqda ittiham etdilər.  Məni siyasi fəaliyyətimə aidiyyəti olmayan yaxınlarımla birlikdə nalayiq formada təhqir ediblər. Sözün bütün mənalarında böyüklərinə dediklərini mənə ünvanlamışlar. Prezidentin yürütdüyü siyasətə qarşı çıxan bu quduzlaşmış, xaricdən söyüş söyən gədələrdən heç nə ilə fərqlənməyənlər əslində ölkə rəhbərliyinə meydan oxuyurlar. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onlar cəzalanmalıdırlar. Vasif Talıbov vaxtı ilə türk vətəndaşı tərəfindən ən ağır formada təhqir olunub ittihamlara məruz qalanda Milli Məclisdə mən onun şərəf və ləyaqətinin müdafiəsinə qalxsam da, yazılı müraciət etməmə baxmayaraq, o, məni təhqir edənlər barədə heç bir tədbir görmədi. Əksinə, həmin şəxsin təltif olunması barədə təqdimat verdi".

Dolayısı ilə deputat vurğulayıb ki, iqtidara zərbəni daxildən vururlar.

Deputat Fəzail Ağamalı “Yeni Müsavat”a məsələ ilə bağlı bildirib ki, Naxçıvan kifayət qədər həssas yerdir: “Əvvəla onu deyim ki, bu, Qüdrət Həsənquliyevin şəxsi fikridir. Onun fikirlərinə həmkarım kimi hansısa münasibət bildirmək istəməzdim. Hər halda Naxçıvan kifayət qədər həssas yerdir. Naxçıvanın bugünkü səviyyəyə qalxmasında, ölkə prezidentinin oradakı siyasətinin reallaşmasında Vasif Talıbovun müstəsna xidmətləri var. Bu, danılmaz bir faktdır. Hər il Naxçıvana gedirəm. Oradakı abadlığı, inkişafı öz gözlərimlə görürəm. Təbii ki, bu, məndə fərəh doğurur. Bütün sahələrdə olduğu kimi təbii ki, Naxçıvanın da bundan da çox inkişaf etməsinə, oradakı inkişafın daha yüksək səviyyəyə qalmasına ehtiyac var. İmkan daxilində də Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi Vasif Talıbov bununla bağlı addımlarını atır. Bizim hər birimiz, xüsusi olaraq da iş adamlarımız Naxçıvana diqqət yetirməlidirlər.

Deputat FÉzail AÄamalı ile ilgili görsel sonucu

Fəzail Ağamalı: “Dövlət məmuruna söyüş söymək yaraşmaz”

Orada yeni iş yerlərinin, müəssisələrin açılması üçün özəl şirkətlər  oradakı fəaliyyətlərinə geniş yer verməlidir. Bütün bu addımlar atılmalıdır ki, Naxçıvan daha da inkişaf edib, gözəlləşsin. Belə olarsa əhalinin səviyyəsi daha da yüksələr. Çünki ölkə prezidentinin çağırışı budur. Son yığıncaqların birində ölkə prezidenti belə bir fikir söylədi ki, ”hər şey yaxşıdır, istəyirəm ki, daha da yaxşı olsun". Yəni daha da yaxşı olmaq üçün bizim hər birimiz dövlətçiliyə öz töhfəmizi verməliyik. Bu baxımdan mən Qüdrət Həsənquliyevin hansı problemlə üzləşməsini də təqdir etmirəm. Kimsə onu söyübsə, təhqir edibsə, bu, doğru deyil. Dövlət məmuruna söyüş söymək yaraşmaz. Ümidvaram ki, məsələ bundan sonra daha da dərinləşməyəcək. Qarşılıqlı anlaşma əsasında hər kəs öz səhvini başa düşəcək və münasibətlər normal müstəviyə keçəcək".

Ä°lgili resim

Novella Cəfəroğlu: “Bu situasiyada Talıbov Naxçıvanı normal idarə edir”

Əslən naxçıvanlı olan hüquq müdafiəçisi Novella Cəfəroğlu da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O bildirib ki, Naxçıvanın idarə edilməsinə xüsusi bacarıq lazımdır: “Naxçıvanın bir tərəfi İran, digər tərəfi isə Ermənistandır. Orada, təbii ki, xüsusi və güclü idarəetmə lazımdır. Talıbov da oranı çox yüksək səviyyədə idarə etməyi bacarır. Naxçıvana Talıbov lazımdır. Məlumatlı deyiləm ki, orada hansısa nazir hansı işi görür, kimə nə deyir. Bu situasiyada Talıbov Naxçıvanı normal idarə edir. Onu da deyim ki, Naxçıvanda məmurların özlərindən başqa demək olar ki, heç kim qalmayıb. Sadə əhalinin əksəri Bakıda və digər yerlərdədir. Naxçıvan hər zaman strateji yer olub. Oraya da xoşumuza gəlsə də, gəlməsə də Talıbov kimi adam lazımdır.  Bir yanda Ermənistan, digər yanda da ona  kömək edən İran var. Bütün bunların fonunda isə Talıbov öz yerindədir. Məsələ ilə bağlı yalnız bunu deyə bilərəm”.

Əli RAİS

Tarix: 4-02-2019, 08:47
Xəbəri paylaş





Xəbər lenti