Jurnalistlər Ermənistana getsin, getməsin - media mənsublarından ilginc cavablar


“Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyevin Ermənistana səfər etməsi faktı birmənalı qarşılanmadı. Azərbaycan vətəndaşı olan jurnalistin diplomatik əlaqələr qurmadığımız işğalçı ölkədə akkreditədən keçməsi və oradan materiallar hazırlaması mübahisələrə səbəb oldu.

Artıq Ş.Hacıyev Bakıdadır və hazırladığı yazıları “Turan”da dərc olunur.

Xalqların sülhə hazırlanması ilə bağlı Paris razılaşmasının əldə olunmasından sonraya təsadüf edən bu jurnalist səfərinin arxasında başqa məqsədlərin dayandığını iddia edənlər də var. Məsələn, Qarabağ Azadlıq Təşkilatı (QAT) “Turan” İnformasiya Agentliyinin əməkdaşının Ermənistana səfər etməsini sərt qınayan bəyanat verib.

Bəyanatda deyilir ki, “torpaqlarımız işğal altında qaldığı vaxtda Ermənistana bu cür səfərlər yalnız ermənilərin maraqlarına xidmət edir. Bəzi mərkəzlər torpaqlar işğalda qala-qala xalqları sülhə hazırlamaq tapşırığı verirlər”.

ÐаÑÑинки по запÑоÑÑ Mehman Æliyev

Agentlik rəhbəri Mehman Əliyev isə öz növbəsində açıqlama verərək deyib ki, bu səfər və akkreditasiya faktı “Turan”a qarşı istifadə oluna bilməz: “Çünki biz bu səfər barədə Azərbaycanın Prezident Administrasiyasını, Xarici İşlər Nazirliyini, Sərhəd Xidmətini məlumatlandırmışıq. Müvəqqəti, üçgünlük akkreditasiya isə bu prosedurun təbii mərhələsidir”.

Bəs, digər media mənsubları və media ekspertləri, həmçinin vaxtilə jurnalist olaraq Ermənistana səfər etmiş şəxslər necə düşünür, indiki situasiyada jurnalistlər Ermənistana getsin, ya getməsin?

 

ÐоÑожее изобÑажение

Qabil Abbasoğlu: “Azərbaycan qanunlarını pozmamaq şərti ilə jurnalist hər yerdə işləyə bilər”

“Eurasia Diary” analitik-informasiya portalının rəhbəri Qabil Abbasoğlu “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Əvvəla, jurnalist üçün bütün qapılar açıq olmalıdır. Azərbaycan qanunlarını pozmamaq şərti ilə jurnalist hər yerdə işləyə bilər. Biz Ermənistanla müharibə vəziyyətindəyik, torpağımızı işğal etmiş təcavüzkar dövlətdir, bu dövlətin törətdiyi terrorun altını bütün region hələ də çəkməkdədir. Amma bu fakt, jurnalistin Ermənistana getməsinə mane olmamalıdır. Müharibə şəraitində jurnalist də, həkim kimi, humanitar funksiya daşıyan peşədir. Heç şübhəsiz ki, ədalətli yanaşma burada başlıca meyardır. Konkret bizim misalımızda, əgər jurnalist Ermənistanın işğalçı, təcavüzkar dövlət olduğunu inkar etmirsə, gizlətmirsə, bu faktoru nəzərə alaraq hərəkət edirsə və yazırsa, qalan məsələlər onun üçün sadəcə iş, peşə tələbi sayılmalıdır. Tək Ermənistan deyil, getdiyi hər bir ölkə, hər yer obyektiv jurnalist üçün müşahidə obyektidir”.

ÐаÑÑинки по запÑоÑÑ Elxan ÅahinoÄlu

Elxan Şahinoğlu: “Hazırlıqsız jurnalisti Ermənistana aparıb müəyyən təxribatlara da çəkə bilərlər”

Politoloq Elxan Şahinoğlu xatırlatdı ki, özü də iki dəfə, 1998-99-cu illərdə, beynəlxalq təşkilatların xətti ilə Ermənistanda olub: “Bir dəfə də Şahin Hacıyevlə birgə Ermənistana səfər etmişəm. O zaman biz keçmiş prezident Robert Köçəryan və ovaxtkı daxili işlər və milli təhlükəsizlik naziri Serj Sərkisyandan - hansı ki, sonradan prezident seçildi - geniş müsahibələr də almışdım. Xeyli suallar verib, cavablar almışdım. Mənim üçün o mənada faydalı olmuşdu ki, görüm işğalçı ölkədə vəziyyət necədir, Qarabağ münaqişəsinin həlli barədə onlar özləri nə düşünürlər? Mən müəyyən qənaətə gəldim və onun əsasında gəlib reportajlar hazırladım, analitik təhlillər yazdım. İndiyədək də bəzi məqamlardan istifadə edirəm”.

Amma E.Şahinoğlu qeyd etdi ki, jurnalist həm də bir vətəndaşdır: “Bilməlisən ki, işğalçı ölkəyə gedirsən və orda səni müəyyən təxribatlara da çəkə bilərlər. Ona görə də hazırlıqlı olmalısan. Məsələn, bizim Ermənistana səfərlərimizin birində jurnalist Kamal Əli ilə razılaşdıq ki, prezidentlə görüş təyin olunsa da, biz həmin görüşdən imtina edəcəyik. Çünki görüş Xocalı soyqırımı gününə düşürdü. Biz həmin görüşdən imtina etdik və bu, Ermənistanda böyük səs-küy yaratdı. Hamı bundan danışırdı ki, Azərbaycandan jurnalistlər İrəvana gəliblər, lakin prezidentlə görüşdən imtina ediblər. Səbəbini soruşanda biz də Xocalı soyqırımından danışdıq və demarş etdik, qeyd etdiyim kimi, bu, Ermənistanda geniş rezonans doğurdu. Şahin Hacıyevlə isə biz ilk dəfə müsahibəyə gedəndə gürcü jurnalistlər də bizimlə var idi. Biz Şahinlə razılaşdıq ki, Köçəryan içəri girəndə ayağa qalxmayacağıq, çünki o, cinayətkardır, Xocalı soyqırımını, başqa qətliamlar törədib, işğalçıdır. Biz ayağa qalxmadıq, bu da biz tərəfdən bir demarş idi. Yəni biz jurnalist olsaq da, informasiya toplamaq üçün Ermənistana getsək də, vətəndaş mövqeyimizi ortaya qoyduq”.

Politoloq qeyd etdi ki, “Turan” Agentliyi milli agentlikdir: “Mehman Əliyev, Şahin Hacıyev bu kimi həssas məsələlərə diqqət yetirirlər. Onlar siyasi cəhətdən yetkin insanlarımız, jurnalistlərimizdir. Bu mənada inanmıram ki, onlar hansısa bir səhvə yol versinlər. Bu mənada düşünürəm ki, Şahin də informasiya toplamaq üçün gedib. Şübhə etmirəm ki, kifayət qədər informasiya toplayıb, yəqin biz bunları Turan Agentliyindən oxuyacağıq. Amma yenə təkrar edirəm, hazırlıqsız jurnalisti Ermənistana aparıb müəyyən təxribatlara da çəkə bilərlər. Ona görə də jurnalist bilməlidir ki, hara gedir, niyə gedir, getdiyi yerdə nələr ola bilər, bütün bunları əvvəlcədən öyrənməli, diqqətə almalı, ondan sonra səfərlə bağlı qərar verməlidir”.

ÐаÑÑинки по запÑоÑÑ AzÉr HÉsrÉt

Azər Həsrət: “Kütləvi şəkildə gediş-gəlişin və qapıların açılmasının tərəfdarı deyiləm”

Tanınmış jurnalist Azər Həsrət dedi ki, 2000-ci ildə Ermənistana səfər edib: “O vaxt beynəlxalq Jurnalistlər Federasiyasının xəttilə getmişdik. Cənubi Qafqaz jurnalistlərinin toplantısı idi, təbii, beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı ilə. İlk və son dəfə orda olmuşam. Ümumiyyətlə, mən düşünürəm ki, kütləvi gediş-gəliş bizim xeyrimizə deyil. İstər media olsun, istər ictimai fəallar, istərsə də xalq. Ermənistanla qapılar açılmamalıdır. Xalqların sülhə hazırlanması prosesi kütləvi şəkildə aparılmamalıdır. Ona görə ki, söhbət Azərbaycan torpaqlarının işğal altında qalmasından gedir. Ermənilər bizim torpaqlarımızı işğal ediblər. Bu həqiqəti etiraf edəcəkləri, Azərbaycan torpaqlarından çəkilib getməyə hazır olduqlarını göstərəcəkləri təqdirdə Azərbaycan xalqının sülhə hazırlanmasında heç bir problem yoxdur. Bu, baş verəcəksə, xalqımız çox qısa bir müddətdə sülhə hazır olacaq. Amma indi kütləvi şəkildə gediş-gəlişin və qapıların açılmasının tərəfdarı deyiləm”.

ÐаÑÑинки по запÑоÑÑ Zülfüqar HüseynzadÉ

Zülfüqar Hüseynzadə: “Haqlı mövqeyimizi səsləndirmək üçün nəinki Ermənistana, başqa planetlərə də yollanmaq lazımdır”

Əslən Kəlbəcərdən olan jurnalist, “Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə də məsələyə soyuqqanlı yanaşmağın tərəfdarıdır: “Məncə, getmək və haqlı mövqeyimizi səsləndirmək üçün nəinki Ermənistana, başqa planetlərə də yollanmaq lazımdır”.

“Yeni Müsavat”

Tarix: 9-02-2019, 15:00
Xəbəri paylaş





Xəbər lenti