Müharibələr xalq birliyinin, dövlətçiliyin mayasıdır! Azərbaycanın “jus ad bellum” hüququ

 
Tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov Ermənistanla aparılan danışıqlara münasibət bildirmişdir. Həmin çıxışı oxucularımıza təqdim edirik.
“Müharibə! Bu anlayış barədə bildiklərimizi xatırlayaq. Ümumiyyətlə müharibə-siyasi birləşmələrin silahlı qarşıdurmasıdır. Karl fon Klauzeviçin fikrincə desək “müharibə-siyasətin digər yolla davamıdır”. Müharibə demoqrafik və texnoloji dəyişiliklərin gözlənilən nəticəsi hesab olunur .
Akademik A. Kakoşinin fikrincə müharibə-dünya siyasətinin eləcədə ayrıca dövlət cəmiyyətin xüsusi vəziyyətinin fenomen halıdır.
İlk insan cəmiyyətinin qurluşundan başlayaraq müharibə insanlığın ayrılmaz tərkib hissəsinə çevrilib. Hələ eramızdan əvvəl 12-ci minillikdə insan cəmiyyətləri aralarında mütəşəkkil şəkilli müharibələr aparılıb. Müasir dövrümüzdə müharibə birincilik və imperializm ideyalarından qaynağlandığı məlumdur.
Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan ərazisinin 20%-i Ermənistan Respublikası tərəfindən təcavüz nəticəsində işğal edilmişdir. Ermənistan dövləti Rusiya Federasiyasının bir başa köməyi və rəhbərliyi ilə ərazilərimizi etnik təmizlənməyə məruz qoymuş və azərbaycanlılara qarşı soy qırım törədilmişdir. Hal-hazırda işğal olunmuş ərazilərimizdən bir milyondan artıq məcburi köçkünümüz qovulmuşdur.
Beynəlxalq Ali orqan olan Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Respublikası ərazilərinin Ermənistan ordusu tərəfindən işğal faktını təsdiq edən 4(dörd) qətnamədə qbul etmişdir. BMT Təhlükəsizlik Şurasının
30.04.1993-cü il 822 saylı Qətnaməsində Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən və Kəlbəcər rayonundan dərhal geri çıxarılması
29.07.1993-c2 il 853 saylı Qətnaməsində Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən eləcədə Ağdam rayonundan dərhal geri çıxarılması və 822 saylı Qətnaməmin icrası
14.10.1993-cü il 874 saylı Qətnaməsində Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən eləcədə Fizuli, Qubadlı, Cəbrayıl rayonlarından dərhal geri çıxarılması və 822, 853 saylı Qətnamələrin icrası
12.11.1993-cü il 882 saylı Qətnaməsində Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən eləcədə Zəngilan rayonundan geri çıxarılması və 822,853, 874 saylı Qətnamələrin icrası tələb olunur.

BMT Təhlükəsizlik Şurasının sözü gedən Qətnamələri Ermənistan Respublikası tərəfindən 26 ildir ki, icra edilmir. Bu illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həlli üçün Minsk qrupu yaradılmış və üç ermənipərəst ABŞ, Fransa və Rusiya həmsədr dövlətlər müəyyən edilmişdir. Danışıqlar heç bir nəticə verməmişdir. Görünən və təkzib edilməz fakt odur ki, ermənipərəst dövlətlər danışıqları danışıqlar naminə aparır, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə xaricdən Suriya, İraq, Yəmən və sair ölkələrdən ermənilər gətirilir, məskunlaşdırılır və süni şəkildə etnik tərkib dəyişdirilir. Minsk qrupun məqsədi isə müəyyən vaxtdan sonra Azərbaycanı faktla üz-üzə qoyub ərazilərimizin işğalını rəsmiləşdirməkdir. Məlumdur ki, həmsədr dövlətlərin məqsədi heçdə konflikti sülh yolu ilə həll etmək deyil, məqsəd-Azərbaycanı müharibə yolu ilə ərazilərinin azad edilməsinə yol verməməkdi!
Ümumiyyətlə, SSRİ-nin süqutundan sonra 90-cı illərdə Rusiyanın Qafqazı nəzarətdə saxlaması istəyi və Ermənistanın isə dənizdən-dənizə böyük Ermənistan yaratmaq arzusu Ermənistanla Rusiyanın maraqlarının üst-üstə düşməsi ilə əlaqədar olaraq Rusiyanın bir başa köməyi nəticəsində Ermənistan Azərbaycan ərazilərini işğal edə bildi. Həmin dövrdə iqtisadi vəziyyətin dözülməz olduğunu və dövlətçiliyimizin dağılma ehtimalını, suverenliyimizin təhlükədə olmasını halında Ermənistanla atəşkəs razılaşması Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, iqtisadi vəziyyətin normallaşmasına və ordu quruşuluğuna şərait yaratdı. Hal-hazırda Azərbaycan faktiki donor ölkəsinə çevrilmiş, ordumuz dünyanın 50 ən güclü orduları sırasına qalxmış və hərbi potensialı ilə ən yüksək ordulardan sayılır.
Mən bir hüquqşünas və 1-ci Qarabağ müharibəsi veteranı kimi danışıqlar prosesinin əleyhinəyəm. Əvvəla bu danışıqlar uzandıqca bizim Qarabağımızı fiziki olaraq unutmağımıza səbəb olur. İkincisi, bu danışıqlar milli və etnik təfəkkürümüzə mənfi təsir edir, məsələ ondadır ki, silahla əlimizdən alınan doğma torpaqlarımızı sözlə geri almaq istəyi özümüzə hərb xalqı kimi baxmağımıza şübhə və inamsızlıq yaradır və buda öz növbəsində bir xalq kimi tarixdən silinməyimizin əsasını qoyur və əsarət meylli xalqlara çevirir. Müharibə təkcə silahla vuruşmaq deyil-müharibə xalqın birliyinin, dövlətçiliyin möhkəmlənməsinin mayasıdır. Tarixdən bildiyimiz kimi bəzi müharibələr dağılmaqda olan dövlətlərin, həm xalqının həm də dövlətçiliyinin bərpasına səbəb olub. Zəifləmiş Çin dövlətinin ərazisinin Yaponiya işğalı çin xalqının dirçəlişinə və dövlətçiliyinin bərpasına xidmət etdi. Təcavüzkar qovuldu. Müharibələr xalqların milli təfəkkürünün bir millət-bir dövlət kimi formalaşmasına istiqamət verən siyasi prosesdir.
Yeri gəlmişkən dövrümüzün ən tanınmış yazıçısı, filosof Mixail Vellerin fikirlərini bölüşmək istərdim:
“Bir şəxs iki səviyyədə özünü müəyyənləşdirir - şəxsi və qrupda. Bir insana yalnız şəxsi rifahın idealına ehtiyac var – digərinə böyük bir dövlətin idealına ehtiyacı var. O, böyük bir ölkənin vətəndaşı olduğunu bilməsi lazımdır. Güclü, şərəfli, hörmətli dövlətin. Böyük bir ölkənin vətəndaşı olmaq arzusu, bu böyük ölkəyə malik olmaq istəyi”
Əlbət də ki, hər bir Azərbaycan vətəndaşı sahib olduğu dövlətini məhz güclü, şərəfli, hörmətli olması naminə tarixi sınaqdan üzü ağ çıxmağının mənbəyi məhz müharibədir. Qələbə müharibəsi.
Dai Sun Tzı dedmişkən: “Müharibə dövlət üçün böyük bir şeydir, həyat və ölümün təməlidir, varlıq və məhv yoludur. Anlamaq lazımdır”
Sun Tzının “Döyüş sənəti” əsərində qeyd etdiyi “Yenilməzlik öz-özlüyündə olan, qələbə isə düşməndən aslı zəfər ehtimalıdır” fikirləri mübahisəsizdir. Odur ki, müharibə ilə əldə edəcəyimiz qürur dövlətimizi güclü, şərəfli və hörmətli etməklə vətəndaşlarımızı isə xüsusi bir hissin yenilməzlik, qürur, daxili rahatlıq, yüksək amal və məqsədlər sahibi edəcək. Başlıcası hər bir Azərbaycan vətəndaşının qəlbində sevinc və xoşbəxtlik hisslərin əsaslı təməlini yaratmış olacağıq. Statistik məlumata görə dünyanın güclü və qüdrətli ölkələrin vətəndaşlarında xoşbəxtlik hiss əmsalları digər ölkələrin vətəndaşların xöşbəxtlik hisslərindən yüksəkdir.
BMT Baş Assambleyasının 14.12.1974-cü il 3314 saylı Qətnaməsi ilə hərbi təcavüzün hüquqi mahiyyəti müəyyən edilmiş və hərbi təcavüz beynəlxalq cinayət kimi qiymətləndirilmişdir. Müvafiq olaraq BMT tərəfindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü hüquqi və siyasi baxımdan təsdiqini tapmış və Beynəlxalq Ali orqan BMT-
nın Təhlükəsizlik Şurası yuxarıda qeyd edilən Qətnamələri Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının dərhal çıxarılmasını tələb etmişdir.
Ermənistanla danışıqların əhəmiyyətsizliyi, fərdi yaddaşımıza və milli təfəkkürümüzə mənfi təsirini, BMT TŞ-nın 822, 853, 874, 882 Qətnamələrini, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində göstərilmiş “ərazi bütövlüyü” beynəlxalq hüquq prinsipinə əsasən Beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikası müstəqil və suveren dövlət hüququndan istifadə etməklə Ermənistana müharibə etməli və öz ərazisindən təcavüzkarı qovmalıdır. Beynəlxalq münasibətlərdə bu hüquq “jus ad bellum” adlanır.
Bütün qonşu dövlətlər ərazilərini Azərbaycan xalqının torpaqları hesabına genişləndirib, regionda yeganə dövlət Azərbaycandır ki, ərazilərini itirə-itirə gəlib 410000 kv.km əraziyə malik Azərbaycan indi 86600 kv.km ərazi saxlayıb, bunun da 20%-i Ermənistan işğalındadır. Müharibə bizi bir xalq kimi təsdiqləyəcək, mənfur qonşularımızın ərazi iştahalarını vuracaq və şanlı türk tariximizi yaddaşlarımıza qaytaracaq. Müharibə Azərbaycanın xilasıdır.”                                                                                     Vüqar Dadaşov.                                                                                                                           Siam.az    
Tarix: 9-02-2019, 22:24
Xəbəri paylaş





Xəbər lenti