Deputat: “Bunların arxasında “leş mafiyası” durur”


“Cənab prezident seçkiləri udduqdan sonra islahatlarla bağlı ciddi addımlar atır. Son dövrlərdə cənab prezidentin birbaşa tapşırığı ilə bir sıra strukturlarda ciddi islahatlar həyata keçirilir”.

Milli Məclisin plenar iclasında çıxış edən deputat Çingiz Qənizadə bu fikirləri söylədi. Müxalif düşərgənin iddialarını cavablandıran Ç.Qənizadə dedi ki, təkcə gömrük islahatları nəticəsində dövlət büdcəsinə 1,2 milyard əlavə vəsait daxil edilib. Deputat həmçinin Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasını da təqdir etdi və fəaliyyətini yüksək qiymətləndirdi.

Ancaq qeyd etdi ki, qurumla bağlı yayılan məlumatlardan narahatdır: “Bu agentliklə bağlı yayılan məlumatları araşdırsaq, məlum olar ki, bunların arxasında “leş mafiyası” durur.

Deputat mətbuata da müraciət etdi: “Mətbuatdakı dostlardan xahiş edirəm, bu cür yazıları yazanda diqqətli olsunlar. Çünki bu cür yazıların arxasında müəyyən mofioz qüvvələr, onların şəxsi maraqları dayanır”.//Musavat.com//


Tarix: 19-02-2019, 13:58
Xəbəri paylaş





Xəbər lenti