Hakimiyyət müxalifətin mitinqinə icazə vermədi





Hakimiyyət müxalifətin mitinqinə icazə vermədi
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın fevralın 23-də keçirmək istədiyi mitinqə icazə verməyib.


“Qafqazinfo” xəbər verir ki, meriyanın imtina məktubu bir qədər əvvəl təşkilatçılardan İbrahim İbrahimli və Rövşən Əhmədliyə təqdim olunub.

Bu dəfə də mitinqə “yox” cavabı verilməsinin səbəbi eynilə yanvarın 19-da icazə verilmiş mitinqdən sonra baş verən asayiş pozğunluğu olub.

Qeyd edək ki, Milli Şura fevralıən 23-də saat 15:00-da “Məhsul” stadionunda mitinqin keçirilməsinə icazə verilməsi üçün BŞİH-ə müraciət ünvanlamışdı.
Tarix: 20-02-2019, 20:35
Xəbəri paylaş





Xəbər lenti