“Rəsulzadənin adı universitetə qaytarılsın”-Millət vəkili

         “Bakı Dövlət Universiteti Azərbaycanın ilk ali təhsil müəssisəsi və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi həmişə xalqımızın və dövlətimizin qürur yeri olacaq”.
1az.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Bakı Dövlət Universitetinin yaranmasının 100 illik yubileyi ilə bağlı fikirlərini bölüşərkən deyib.
“Çox istərdim ki, BDU-da aparılacaq təhsil islahatlarının nəticəsində reytinqinə görə dünyanın ilk 100 universitetinin siyahısına düşsün və Rəsulzadənin adı universitetə qaytarılsın. Bunun üçün bütün imkanlar var. Tələb olunan təhsilə büdcədən daha çox pul ayırmağımız və universitetləri dövlətin nəzarətindən çıxarmaqla siyasətdən kənar tutmağımız, tariximizə ehtiram nümayiş etdirməmiz lazımdır. Əminəm ki, BDU yaxın illərdə regionun ən nüfuzlu universitetlərindən birinə çevriləcək.
Mən BDU-nun yetirməsi kimi bütün müəllimlərimi, universitetin müəllim – tələbə kollektivini böyük yubiley münasibətilə təbrik edir, ölkəmizin xoşbəxt gələcəyi naminə onlara fəaliyyətlərində uğurlar, şəxsi həyatlarında xoşbəxtlik arzu edirəm”,- deyə Q.Həsənquliyev bildirib.
Qeyd edək ki, 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə Bakı Dövlət Universiteti təsis olunub.Ednews.net
Tarix: 1-09-2019, 23:29
Xəbəri paylaş





Xəbər lenti