Ermənistanın xarici ölkə səfirləri də Azərbaycanın dövlət sərhədini pozdu və hərbçilərlə görüşdü - FOTOLAR







 Dünən- sentyabrın 1-də işğalçı ölkənin bir sıra xarici ölkələrdəki səfirləri və diplomatik missiya əməkdaşları Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq Qarabağa gəlib.
Moderator.az xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, Ermənistanın Xarici İşlər nazirinin müavini Şavarş Köçaryanın başçılıq etdiyi diplomatik(!) nümayəndə heyəti Qarabağda- təmas xəttinin şimal hissəsində qanunsuz dislokasiya olunmuş hərbi hissələrdən birinə baş çəkib və işğalçı hərbçilərlə görüş keçiriblər.
P.S. Yaşasın Azərbaycan diplomatiyası!..

Sultan Laçın
Tarix: 2-09-2019, 08:45
Xəbəri paylaş





Xəbər lenti