İrəvan Bakıya seçim qoymur: Savaş... - Ekspert

 Son zamanlar Ermənistanın Baş naziri və XİN rəhbərinin Qarabağla bağlı kəskin çıxışlar etmələri rəsmi Bakı qarşısında demək olar ki, seçim qoymur.
Axar.az xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. O bildirib ki, Ermənistan Qafqazda münaqişəni alovlandırmağa çalışır:
“2020-ci ilin baharında Cənubi Qafqazda hərbi əməliyyatların başlama ehtimalı 90 faizdir. Hadisələr bu istiqamətə gedir. İstənilən halda, İran-ABŞ arasındakı olduqca soyuq münasibətlər və Rusiyanın daxilində gedən proseslər hərbi əməliyyatlar məsələsini bizim üçün əlverişli edir. Rəsmi Tehran ölkəsinin İsrail və ABŞ-la pis münasibətləri fonunda hərbi əməliyyatlar başlayarsa, ən azından tərəfsiz qalacaq. ABŞ və İsrail isə seçimsiz qalaraq Azərbaycanın yanında yer alacaqlar. O ki qaldı şimal qonşumuza, düşünürəm ki, Kreml ilə əvvəlcədən anlaşmaq mümkünsüz deyil”.
Tarix: 2-09-2019, 16:23
Xəbəri paylaş





Xəbər lenti