“Xankəndindəki silah sərgisi dağıdılmalıdır”

 Sərdar Cəlaloğlu: "Bu həyasızlığın qarşısının hərbi yolla almağa ehtiyac var”

Bu gün qondarma Qarabağ respublikasının "müstəqilliyinin” 28-ci ildönümü münasibəti ilə Xankəndində silah sərgisi təşkil edilib.

Maraqlıdır, rəsmi Bakının düşmənin işğal edilmiş torpaqlarımızda nümayişkəranı surtədə təşkil etdiyi bu tədbiri əngəlləmək, ən azından onun geniş miqyasda təşikilinə maneçilik törətmək üçün hərbi müstəvidə hansısa çəkindirici addım atması nə dərəcədə arzuedilən olardı?

Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu erməni həyasızlığının sərhəd tanımadığını və bu həaysızlığın qarşısını almaq üçün qəti tədbirlər həyata keçirməyin zəruri olduğunu qeyd etdi:

"Bişkek protokoluna şərtlərinə görə, Ermənistanın burada keçirdiyi bütün tədbirlər bu protokolun şərtlərinin pozulması deəkdir. Bu da o deməkdir ki, atəşkəs rejimi birtərəfli şəkildə pozulur. Azərbaycan tərəfi də atəşkəs rejiminin pozulmasını əsas götürərək hərbi əməliyyatlar yolu ilə ermənilərin Qarabağda məskunlaşmasının qarşısını almalı, bu torpaqların guya ermənilərə mxəsus olması ilə bağlı həyata keçirilən bu cür təbliğat xarakterli tədbirləri dağıtmalıdır. Lakin təəssüflər olsun ki, rəsmi Bakı bu məsələdə lazımi qətiyyət sərgiləmir. Ermənilər bu qədər həyasızlıq etsələr də, Azərbaycan tərəfi bu həyasızlığın qarşısını almır”.
Tarix: 2-09-2019, 23:43
Xəbəri paylaş





Xəbər lenti