Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) rəisi Nuşirəvan Səfərov hara baxır?

           Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində (BPİ DYPİ) vəziyyət tamami ilə gərginləşib. Bir sözlə YPX-nin əməkdaşları sürücülərlə davranış qaydalarına riayət etmir.

Dosye.org-a məlumat verən sürücülər bildirirlər ki, YPX-nin bəzi əməkdaşları polis adından istifadə edərək qanunları kobud şəkildə pozur. Onların iddialarına görə, yol hərəkət qaydalarını bilərəkdən və yaxud bilməyərəkdən pozan sürücülər saxlanılır və gizli çəkilişlə təxribata çəkilir. Belə olan halda ozlərini qane edən videoçəkiliş saxlanılır və qane edilməyən çəkilişlər silinir. Xatırladaq ki, son günlər Daxili İşlər Naziri cənab Vilayət Eyvazov YPX-nin bir neçə əməkdaşını elə məhz sürücülərlə kobud davrandıqlarına görə sərt cəzalandırdı. Əlbətdə ki, bü cür təqdirəlayiq addımlar digər polis orqanlarında xidmət edən əməkdaşlara ibrət oldu. Əgər sürücü yol hərəkət qaydalarını pozursa təbii ki, qanun çərçivəsində ölçü götürülür. Onuda qeyd edək ki, etiraz edənlərdə olur. Əldə etdiyimiz məlumatlara görə, haqlı narazılıqlar birbaşa baş idarədə araşdırılır və hüquqi qiymət verilir.

Maraqlısı budur ki, YPX-nin bütün əməkdaşları təlimatlandırılır və onlara vətəndaşlarla ən yüksək səviyyədə davranmağı tövsiyyə edilir. Əfsüslər olsun ki, bəzi YPX-nin əməkdaşları hüquq mühafizə orqanında çalışdıqları, yəni vətəndaşa istənilən halda zor tədbiq etnək səlahiyyətinə malik olduğuni dərk edərək atmacalı ifadələrlə sürücüləri  hövsələdən çıxartmaqla təxribata sövq edir. Elə bu günlərdə Bakı şəhəri Y. Səfərov küç. DYPİ Müşayət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı Cəfərov Süleyman Bayram oğlunun tədbiq etdiyi protokol olduqca gülünc bir mənzərəni xatırlatdı. Belə ki, avtomaşın saxlanılır və YPX əməkdaşı özünü təqdim etmədən sürücünün sənədlərini tələb edir. Adi qaydada sürücü sənədləri təqdim edir və protokolun yazıldığını müşahidə edir. Sürücü ilə YPX əməkdaşının dialoqu:

Sürücü: Zəhnət olmasa özünüzü təqdim edin.

YPX: Görmürsən xidməti formadayam?

Sürücü: Görürəm siz xidməti formadasiniz. Bilmək istəyirəm ki, mənə protokolu yazan kimdir? Ona görə özünüzü təqsim etməlisiniz.

YPX: Bura qol çək, sən deyəsən çox danışdın.

Sürücü: Xeyir, özünü təqdim etməsən mən imza atmayacağam.

YPX: Sülüyman, ay Sülüyaman buara gəl.(protokolda adı qeyd edilən polis baş serjantı telefon ilə şaqqanağ vurur.)

Sürücü: Siz bu qədərmi qanunu pozursuz? Sizə kim bu göstərişi verib?

YPX: 30 kq çəkin var səni cüllüd kimi boğaram, çıx cəhənnəm ol.

Burdan mən BSYPİ-nin rəisi Ramiz Zeynalova və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) rəisi Nuşirəvan Səfərova sual vermək istəyirəm. Çox hörmətli rəislər, sizin tabeçiliyinizdə olan YPX bəzi əməkdaşları nə üçün tərbiyə baxımından əziyyət çəkir? Axı , biz bu ölkənin vətəndaşlarıyıq. Axı, mən 16 yaşım tamam olmamış torpaqlarımızın azad olunması üçün könüllü ərzə ilə müraciət edəndə, mənə cüllüd deyən harda qurdalanırdı? Sizmi oanalara bü cür şərait yaradırsız? Unutmayın ki, artıq Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdur.

Dosye.org olaraq bildirmək istəyirik ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) rəisi Nuşirəvan Səfərovun bu cür nöqsanlardan məlumatı yoxdur. Əgər, məlumatı yoxdursa, deməli ona həvalə olunan işin öhtəsindən gələ bilmir. Yox, əgər məlumatı varsa deməli nöqsanlara birbaşa özü rəhbərlik edir. Bu istiqamətdə araşdırmalarımız damav edir. Bizi izləməyi unutmayın…

Elman Nigaran

Tarix: 4-09-2019, 15:35
Xəbəri paylaş





Xəbər lenti