Düşmən dağ kəndimizdə gələcək nəsli üçün belə məktəb də tikdirdi - FOTOLAR


Əşşi, biz  baxaq görək, Murad Dadaşovun “Maşın-şou”sunda avtomobili kim qazanacaq...




Separatçı erməni rejimi Azərbaycanın işğal altındakı Xocavənd rayonunun “Noraşen” adlandırılmış Günəşli kəndində yaraşıqlı iki mərtəbəli məktəb binasının açılışını edib.
Moderator.az xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, dağlıq ərazidə yerləşən kəndimizdəki məktəb binası Ermənistandan könüllü gəlmiş müəllim,  "Teach for Armenia” (“Ermənistan üçün müəllim”) fondunun üzvü Ara Arutyunyanın təşəbbüsü və layihəsi ilə tikilib. Binanın tikintisi onun ABŞ-dakı xeyriyyəçi dostları Pol və Canet Halariansların vəsaiti hesabına maliyyələşdirilib. Məktəbin iç divarları Finlandiya təhsil ocaqları üslubunda  müxtəlif illüstrasiyalarla bəzədilib. 
Açılış mərasimində erməni məktəblilər separatçı rejimin rəhbər məmurları qarşısında vətənpərvər(!) mahnılar ifa edib...
P.S. Əşşi, bunlar hamısı boş şeydir; biz  baxaq görək, dəyərli ziyalımız Murad Dadaşovun “Maşın-şou”sunda avtomobili kim qazanacaq...
Sultan Laçın
Tarix: 6-09-2019, 22:57
Xəbəri paylaş





Xəbər lenti