Sabiq nazirlə bağlı yeni iddia: oğlu 11 milyon dollarlıq hesabat verib + Sənədlər


Sabiq nazirlə bağlı yeni iddia: oğlu 11 milyon dollarlıq hesabat verib + Sənədlər

"Bu gün də Lətif Bağırov nə Almaniyada, nə də İngiltərədə hər hansı mülkün sahibi deyil. İngiltərədə şirkətlərin qurulması üçün cəhdlər edilib, ancaq bu cəhdlər yekunda uğursuzluqla nəticələnib ya da şirkət qeydiyyatdan keçirilib, ancaq fəaliyyət olmayıb. Yazıda göstərilən məlumatlar həqiqəti əks etdirmir".

Cebhe.info xəbər verir ki, bu sözləri ötən ilin dekabrında oğlunun xaricdəki biznesi ilə bağlı araşdırmalara cavab olaraq keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

İndisə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki səhifəsində sabiq nazirin bu sözlərini xatırladaraq, yeni faktlar açıqlayıb, sənədlər yayıb.

C.Həsənli yazıb ki, sabiq nazirin oğlu Lətif Bağırov Almaniyadakı biznesi ilə bağlı adıçəkilən ölkənin müfaiq qurumlarına 11 milyon dollarlıq maliyyə hesabatı verib: "İndi sizə Lətif Bağırovun Almaniyadakı WU Immo Center GmbH şirkətinin üç illik maliyyə hesabatını təqdim edirəm. Baxın, cənab Bağırovun oğlu 3 il ərzində Almaniya maliyyə idarəsinə şirkəti ilə bağlı nələr təqdim edib. Söhbət təxminən 11 milyon avrodan gedir...".

Məsələ ilə bağlı sabiq nazirlə əlaqə yara bilmədik. 

Onun da münasibətini dinləməyə hazırıq.

 

 

CavanÅır HÉsÉnli adlı ÅÉxsin ÅÉkli.

CavanÅır HÉsÉnli adlı ÅÉxsin ÅÉkli.

Cebhe.info

Tarix: 8-09-2019, 13:54
Xəbəri paylaş





Xəbər lenti