Milli Dəyərlərimiz və Dərsliklərimiz gələcəyimizin rəhnidir

    

    Dünyanın qarşılaşdığı qlobal problemlərdən biri də ekoloji durumla bağlıdır.
 Bu hələ ölkəmizdən də yan ötməyib. Ölkəmizdə ekoloji durum ürəkaçan vəziyyətdə deyil. Xüsusən erməni işqalı altında olan ərazilərdə vəziyyət fəlakətli həddə çatıbdı. Nəyinki paytaxt Bakı şəhərində, hətta bizim yaxından tanıdığımız, Mərkəzi aran və Cənub bölgələrində harınlanmış məmurlar ağacları kəsib yerində restoranlar, kafelər, istxanalar və ya arpa əkirlər. Bu kimi mühüm sferaları əhatə etməklə, ölkə rəhbəri dəfələrlə Nazirlər Kabinetinin iclaslarında respublikamızda ağacların kəsilməsini qadağan edib. Prezident icra orqanlarına vəzifəli şəxslərinə xəbərdağlıq edib. Bu konteksdə ekoloji problem istər lokal istərsə də qlobal xarekterinə gorə hər bir insanda, hər bir vətəndaşda narahatçılıq hissi döğurmalı, məsuliyyət hissi yaratmalıdır. Ona gorə də orta məktəb dərsliklərində bu problemə diqqət verməli, verilən mətnlərdə, şərh edilən mövzularda həyacan təbili çalınmalıdır. Bu gün istifadə edilən dərsliklərdə bu problemə nə dərəcədə diqqət yetirilir, hansı səviyyədə şagirdlərə ekoloji problemlərə həssas münasibət aşlanır? Ekologiyanın nəzəri problemləri barədə orta məktəblərdə tədris olunan “İnsan və cəmiyyət” dərsliklərində şagirdlər kifayət qədər məlumat ala bilər. XI sinif dərsliyinin son bölməsində müasir dünyanın digər qlobal problemləri ilə yanaşı ətraf mühitin qorunması və çirikləndirilməsinə dair şagirdlərə və VII sinif dərsliklərində aşılanmış bilgilər daha da genişlndirilmişdi. İbtidai siniflərdən başlanmış XI sinifə qədər ədəbiyyat dərsliklərində təbiətlə bağlı müxtəlif materiallar özünün əksini tapmışdı. V sinfin ədəbiyyat dərsliyində “Təbiət gözəlliyinin tərənnümü və təbiətə qayğı”, VI sinfin dərsliyində “Azərbaycan dünyam mənim”, VII sinif dərsliyində “Doğma təbiət”adlı bölmələrində təbiətə aid əsərlər, VIII sinfin dərsliyində Nəsiminin “Mövsumi-novruzu neysan”...Ş.İ.Xətainin “Bahariyyə”, Aşıq Ələsgərin “Dağlar” şerləri verilmişdi. IX, X, və XI siniflərin dərsliklərində də ayrı-ayrı sənətkarların yaradıcılığından bəhs edilərkən onların təbiət mövzularında yazdıqları əsərlərə toxunulmuşdu. Bu əsərlərin təhlili ümumi sənətkarlıq xüsusiyyətlərinin təhlili baxımından qənaətbəxş olsa da, şagirdlərə ümumi və mücərrəd şəkildə vətənə məhəbbət, təbiət gözəlliklərinə sevgi aşılamaq niyyətindən o yana keçə bilmir. Şagirdlər “təbiəti necə qorumaq lazımdır, onların üzərinə hansı məsuliyyət düşür”? kimi suallar ətrafında düşünməyə yönəldilmir. Anlamaq mümkün deyil ki, dərsliklərdə
nə qədər dağlara, yaylağa bənovşəyə həsr olunmuş şerlər vermək olar? Şagird bir dərslikdə, yaxud oxuduğu illər ərzində gül-çiçək, dağ, yaylaq barədə nə qədər şer öyrənməlidir? Yazıçıların yaradıcılığından verilmiş tərənnüm xarekterli bədii mətinlərdə şagirdlərin diqqətini ekoloji problemlərə, təbiitin qayğısına səsləyən sual və tapşırıqların üzərinə yönəltmək lazımdır. Misal üçün VII sinifdə şagirdlərə tədris edilən Aşıq Ələsgərin “Dağlar”şerinin istər təhlilində, istərsədə məzmunu ilə bağlı verilmiş sual və tapşırıqlarda bircə cümlə ilə olsa da ekoloji diqqər yetirilməmişdi. Dərsliklərdə verilmiş “Yaylaq” şerinin təhlili zamanı erməni tapdaqları altında qalmış səfalı yaylaqlarımızın ekoloji durumu barədə qısa məlumat vermək, onları bu məsələ ətrafında fikir mübadiləsinə cəlb etmək yaxşı olardı. Bu baxımdan IX sinfin ədəbiyyat dərsliyində İsa Hüseyinovun “Zəhər” hekayəsi qənaətbəxş hesab edilə bilər. Təqdim edilən bədii nümunə, əsərin təhlili zamanı interaktiv sual və tapşırıqlar şagirdlərin diqqətini günümüzdə baş verən “ekoloji soyqıma”, təbiətə bəslənən ögey münasibətə yönəldə, onların döğma planetimizin taleyi barədə düşünməyə, onların bir vətəndaş olaraq ekologiyanın qorunmasında öz rol və vəzifələrini dərk etməyə sövq edə bilər. Özü-özlüyündə hər hansı material şagirdə hər hansı dəyəri tərbiyə etmir, onda mexaniki şəkildə vətəndaşlıq şüuru yaratmır.Bədii mətini əzbərləmək, yalnız onun bədii xüsusiyyətləri üzərində şagirdi işlətmək müasir təhsil standartlarına cavab verə bilməz. Dərsliklər şagirdləri, bizi çılğalayan, dünyamızı, ölkəmizi narahat edən problemlər barədə düşünməyə və nəticə cıxarmağa şövq etməlidir.Biz araşdırdıq, düşünməksə sizdən.
Əlizadə Nəhmədağaoğlu
Siam.az
Tarix: 10-09-2019, 00:13
Xəbəri paylaş





Xəbər lenti