Bu gün Park İnn otelində Ana Vətən Partiyasının rəhbəri Fəzail Ağamalının təşəbbüsü ilə Dəyirmi Masa keçirilib.
Tədbir "Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunu əhatə edib. Dəyirmi masada fərqli siyasi düşərgələrin, o cümlədən də media rəhbərlərinin və millət vəkillərinin iştirakı ilə müzakirələr aparılıb. Zaman-zaman gərgin mübahisə və çəkişmələrlə müşayiət olunan müzakirələrin sonunda yekun bəyanat imzalanıb.
Musavat.com Dəyirmi Masadan hazırladığı özəl videoxülasəni təqdim edir.