Müxalifətdən YAP-çı deputatın dediklərinə sərt reaksiya


Ölkə müxalifətinin mitinq məkanı kimi tanınan Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin (“Məhsul” stadionu) təmir və tikinti işləri ilə əlaqədar qapadılmasından sonra yaranan müzakirələr artır. Bununla bağlı ən müxtəlif mövqelərə rast gəlirik.

Müxalifət düşərgəsi hesab edir ki, hakimiyyət bu yolla onların paytaxtdakı “son qalası”nı ələ keçirir və gələcəkdə mitinqlərin keçirilməməsi üçün zəmin hazırlayır, yəni mitinq müraciətləri ediləndə “Məhsul stadionu”nda təmir və tikinti işlərinin getdiyi əsas gətiriləcək. Müxalifətin irəli sürdüyü digər iddia da ondan ibarətdir ki, mitinq üçün aidiyyəti quruma müraciət ediləndə, şəhərə uzaq olan bir yerdə aksiyaya icazə veriləcək.

YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə “Yeni Müsavat”ın ötən sayına verdiyi açıqlamada hazırda ölkəmizdə mitinq keçirməyə heç bir zərurətin olmadığını bildirib.

Tural Abbaslı: ile ilgili görsel sonucu

Tural Abbaslı: “Bəxtiyar müəllimə xatırlatmaq istəyirəm ki...”

AĞ Partiya başqanı Tural Abbaslı bildirdi ki, son zamanlar sanki Milli Məclisin deputatları iqtidarı rüsvay etmək üçün yarışa çıxıblar: “Demək olar ki, hər gün bir deputat absurd fikirləri ilə gündəmi zəbt edir. O gün də yəqin Bəxtiyar müəllimin növbəsi imiş. Bu ümumiyyətlə, nə yanaşmadır? İqtidar nümayəndələri niyə müxalifətə yol göstərməyə, məsləhət verməyə cəhd edirlər? Əgər bu qədər bilgilidirlərsə, dövləti və xalqı saldıqları hazırkı çətin vəziyyətdən çıxarmağa çalışsınlar. Müxalifət nəyi necə edəcəyini gözəl bilir. Mitinq təşkil etmək və nə zaman bunu etmək hər bir vətəndaşın, eyni zamanda, siyasi partiyaların konstitusion hüququdur. Heç kimin bu hüququ qeyri-qanuni şəkildə məhdudlaşdırmağa səlahiyyəti yoxdur. Bəxtiyar müəllimə xatırlatmaq istəyirəm ki, elə məhz buna sərbəst toplaşma azadlığı deyilir. Mən düşünürəm ki, bu gün nəinki mitinqlərə ehtiyac var, hətta yüz minlik mitinqlərə ehtiyac var. Məncə, hər kəs öz işiylə məşğul olsa yaxşıdır, Bəxtiyar müəllim müxalifətə yol göstərməkdənsə, dövlət büdcəsi hesabına maliyyələşən qəzetin satış tirajını artırmağın yollarını düşünsün”.

Qulamhüseyn ÆlibÉyli: ile ilgili görsel sonucu

Qulamhüseyn Əlibəyli: “İnsanların hüquqlarını pozmaq olmaz”

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə qeyd etdi ki, Bəxtiyar Sadıqov hakim partiya və hakimiyyətin mövqeyindən çıxış etməyə çalışır: “Mitinqlər fundamental hesab olunan əsas insan hüquqlarından biridir. Bu, hər bir vətəndaşın təkcə toplaşmaq imkanı deyil, həm də öz fikrini sərbəst ifadə etmək imkanıdır. Nə zaman mitinq ola bilər, yaxud ola bilməz kimi fikirlər çox yanlışdır. Belə fikirlər daha çox sərbəst toplaşmaq azadlığını bilməməkdən daha çox irəli gəlir. Hər bir vətəndaş və ya siyasi təşkilat istənilən zaman sərbəst toplaşmaq hüququnu reallaşdırmaq imkanına malikdir. Düzdür, Azərbaycan hakimiyyəti bu ilin yanvarından etibarən mitinqlərin keçirilməsini faktiki qadağan edərək, müraciətlərə mənfi cavab verir. Bu, çox yanlış bir siyasətdir. İnsanlara sərbəst toplaşmaq, sözünü demək imkanları yaratmaq lazımdır.

Çünki nə rəsmi qəzetlərdə, nə televiziyalarda, nə də özəl telekanallarda səslənənənlər bir çox hallarda Azərbaycan cəmiyyətinin fikrini tam əks etdirmir. Ona görə də cəmiyyət alternativ fikir, söz eşitmək istəyir. Bu baxımdan mitinqlər əlverişli imkanlardan biridir. Kimsə öz fikrini cəmiyyətlə birlikdə ifadə edib mitinq keçirmək istəyirsə, saylarının nə qədər olmasından asılı olmayaraq, insanlar bir yerə toplaşmaq istəyirlər. Bunun üçün də heç zaman mitinqləri qadağan etmək olmaz. Düzdür, Azərbaycana xarici müdaxilə təhlükələri hər zaman qalır, müharibə vəziyyəti 20 ildən çoxdur davam edir. Amma bunları bəhanə edib insanların hüquqlarını pozmaq olmaz”.

Æli Orucov: ile ilgili görsel sonucu

Əli Orucov: “Mitinqlərə zərurətin olub-olmadığını o müəyyənləşdirmir”

AMİP katibi Əli Orucov kifayət qədər sərt danışdı: “Bilirsiniz, hakimiyyət nümayəndələri insanların pozulan hüquqlarını elə arqumentlərlə əsaslandırmağa çalışırlar ki, heyrət doğurmaya bilməz. Ya onların düşüncələri bu qədərdir, ya məsələlərə qeyri-ciddi yanaşırlar, ya da cəmiyyəti ələ salırlar. Vətəndaşların konstitusion hüquqlarına, beynəlxalq hüququn verdiyi hüquqlarına bu cür bəsit yanaşma sivil dünyanın heç yerində yoxdur. Əvvəla Bəxtiyar Sadıqov bilməlidir ki, mitinqlərə zərurətin olub-olmadığını o müəyyənləşdirmir. Buna mitinqlər keçirmək istəyən siyasi qüvvələr, yaxud da sivil toplumun özü qərar verir. İkincisi də mitinqlər siyasi qüvvələrin mövcudluğu üçün keçirilmir. Bu, siyasi iradənin, hər hansı bir tələbin, istəyin qəbul etdirilməsi üçün ictimai təzyiq vasitələrindən biridir.

Demokratik ölkələrdə kütləvi aksiyalara daha çox sindikatlar, yəni həmkarlar əl atırlar. Mitinqlər həm də hansısa məsləyə dair kütləvi etiraz formasıdır. Bu mübarizə formasından istifadə etmək də siyasi partiyaların haqqıdır. Azərbaycanda təəssüflər olsun ki, kütləvi aksiyaların, hətta flaşmobların keçirilməsinə iqtidar tərəfindən məhdudiyyətlər qoyulub. Mitinqlər, kütləvi aksiyalar vətəndaş və siyasi institutlar arasında sıx əlaqə deməkdir. Hesab edirəm ki, Azərbaycanda hakimiyyət siyasi mübarizə və siyasi rəqabət yolunda nə qədər süni maneələr yaratsa, cəmiyyəti bir o qədər özünə qarşı radikallaşdıracaq, təhlükəli radikal qruplaşmaların meydan sulamasının yolunu açacaq”.


Tarix: 14-09-2019, 09:44
Xəbəri paylaş





Xəbər lenti