“HALIMIZ MƏMLƏKƏTİN HALIDI …” !!!



“ƏDALƏTİN BİTDİYİ, HAQQIN ÇARMIXA ÇƏKİLDİYİ, HÜQUQUN BURULĞANA DÜŞDÜYÜ MƏKANDIR BURASI”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

“Qanunsuzluqlar burulganında.”

Hər dəfə yaşadıgım əraziyə yaxınlaşdıqda űrək agrısı keçirirəm. Əvvəllər xoş əhval-ruhiyyə yaradan yaşîllıq acımazcasına məhv edilmiş, yerində ətrafın arxitekturasına qətiyyən uymayan biri “gøydələn”, digəri onunla műqayisədə liliputa bənzəyən binalar inşa edilmişdir. Avtomobil sıxlıgından həyətə sakinlərin daxil olması belə műşkűlə çevrilib.

Nə veclərinə iqtidardakıların, hərəsinin hektarlıq ərazilərdə yerləşən villasî, ičində çərhovuzu, ekzotik agacları da meşə kimi…

Ərazidəki agaclar elə vəhşicəsinə kəsildi, bina sakinlərinin uşaqlar űčûn qurub-yaratdıqları əyləncə qurguları elə vandallıga məruz qaldî ki, őlkədə qanunları işləmədiyinə bir daha şahidlik etməli oldum…

Əvvəlcə, ərazini hasarlayıb, qarşısında təmtəraqlı lővhələr vurdular; “burada Xətai rayon İcra hakimiyəti abadlıq işləri aparacaq”mış… Nəticə gőz qarşısında, bag-bagat soyqırîma məruz qaldı, usaqların əylənməsi űčűn bir qarış ərazi saxlanılmadı, sîxlıqda ki, dəhşət sačır…

Bu azmış kimi, yaşıllıq ərazinin bir hissəsi hələ də çəpərlənmiş vəziyyətdə qalmaqdadır. Bøyűk ehtimalla nővbəti “gőydələn”in yolunu gőzləməkdədir. Iqtidarımızı maraqlandıran isə yalnız puldur, pul. Pul bűtűn qanunsuzluqlara yol açır məmləkətimizdə. İnanmırsınız?! Onda, buyurun gəlin Xətai rayonu, M.Hadi kűçəsi 23/24 ûnvanına. Ədalətin bitdiyi, haqqın çarmıxa çəkildiyi, hüququn burulgana dűşdűyű məkandır burası.

Necə demişlər; halïmız məmləkətin  halı…

Ramiz TAĞIYEV

CANP sədri

Tarix: 15-09-2019, 15:53
Xəbəri paylaş





Xəbər lenti