Köçəryan məhkəmədə özünü belə müdafiə etdi: “Mən olmasaydım, indi azərbaycanlılar Xankəndidə çay içirdi”


Köçəryan məhkəmədə özünü belə müdafiə etdi: “Mən olmasaydım, indi azərbaycanlılar Xankəndidə çay içirdi”

Məhkəmə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın girov müqabilində azad edilməsi barədə iddianı rədd edib. 

Cebhe.info erməni mətbuatına istinadən bildirir ki, Köçəryan məhkəmədə Qarabağ müharibəsindəki rolundan danışıb: "Yəqin ki, prokurorlar bunu çətin anlayar. Mən gizlənəcək adam deyiləm. Əgər belə olsaydı, indi azərbaycanlılar Stepanakertdə (Xankəndi- red.) çay içirdilər. Mən bu barədə danışmaq da asan deyil. İnsanın bioqrafiyası onun barəsində hər şeyi deyir".

Köçəryan bank hesabları üzərindən həbsin götürülməsini də istəyib: “Fakt budur ki, mənim və ailə üzvlərimin hesabına da həbs qoyulub. Mən isə həyatım boyu kimdənsə borc almamışam".

Tarix: 17-09-2019, 16:48
Xəbəri paylaş





Xəbər lenti