Fuad Qəhrəmanlının qızı ilə bağlı qalmaqal böyüyür - İcra başçısı “uşaqlar atalarından imtina edib“ deyir


bitmap-img6




AXCP sədrinin müavini Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmurun əmisi, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Selcan Yağmurun bu gün sosial şəbəkədə yazdıqlarına reaksiya verib.

AzFakt.com xəbər verir ki, bu barədə Axar.az-a danışan Əhəd Abıyev bildirib ki, yalnız Selcan deyil, digər bacısı da Fuad Qəhrəmanlıdan imtina edib.

"Ailədə olan problemlərdən xəbərim var, boşanma üçün Zümrüdün məhkəməyə müraciət etdiyini də bilirəm. Onu da deyim ki, Selcanla bacısı Sanay Fuad Qəhrəmanlıdan çoxdan imtina ediblər. Selcan xaricdə təhsil alır, onun təhsil məsələsində narahatlıq yaranıb. Ona görə Bakıya gələcəm. Hər şey barədə ətraflı danışacam”, - başçı bildirib.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur bu gün sosial şəbəkədə atasının ailədə şiddət, zorakılıq tətbiq etdiyini, illərlə buna dözməyə məcbur olduqlarını, indi isə atasından imtina etdiyini, anası, tanınmış yazar Zümrüd Yağmurun isə boşanmaq üçün məhkəməyə müraciət etdiyini yazıb.

Digər bir məlumata görə, Fuad Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsrafil qızı (Zümrüd Yağmur) bu il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsində iddia qaldırıb.

Mülki iş hakim Elman Məmmədovun icraatına verilib.

F.Qəhrəmanlı isə qızının sosial şəbəkədəki profilinin oğurlandığını desə də, qızı az əvvəl Feysbuk-da canlı yayıma çıxaraq, atasını təkzib edib. O, az əvvəl yaydığı müraciəti özünün yazdığını deyib. Əlavə edib ki, buna görə heç kim ona təzyiq etməyib: "Bu məsələ haqda danışmaq mənə ağır olsa da, onların  hamısını mən yazmışam...".




Tarix: 19-09-2019, 22:02
Xəbəri paylaş





Xəbər lenti