“Leş mafiyası” ilə bağlı iddialara AQTA-dan CAVAB


“Leş mafiyası” ilə bağlı iddialara AQTA-dan CAVAB

Sabirabadın Xəlfəli kəndində “leş mafiyası” ilə məşğul olan Alıbəy Rzaxanov və dəstəsi ilə bağlı müxtəlif iddialar var. 

Dəstə üzvü Əlifxan Rzaxanov barəsində danışan  Xəlfəli kənd bələdiyyəsinin sədri Əliyev Əliş Cebhe.info-ya açıqlamasında həbs olunmazdan əvvəl onun qanunsuz əməllərindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatı olduğunu bildirib:

“AQTA-nın bundan məlumatı vardı. Gəlib maraqlanmışdılar. Hətta ət emal olunan yeri bir dəfə yoxlayıblar da”. 

AQTA İnformasiya təminatı və innovativ həllər sektorundan Cebhe.info-nun sorğusuna cavab olaarq bildirlib ki, toplanılan məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunub:

“Məlumatda da qeyd olunduğu kimi, AQTA əməkdaşları tərəfindən toplanılan məlumatlar müvafiq qaydada hüquq-mühafizə orqanlarına təqdim olunub. Həmin məlumatlar əsasında əməliyyat tədbirlərinin miqyası genişləndirilərək dəstənin Abşeron, Sabirabad və Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanc yerləri aşkar olunub. Ümumiyyətlə, bu cür əməliyyatlar toplanılan məlumatlar əsasında həyata keçirilir”. 

Tarix: 20-09-2019, 20:22
Xəbəri paylaş





Xəbər lenti