Bir qrup ukraynalı bloger Azərbaycanın işğal altındakı torpaqlarına gəldi... - FOTO






Azərbaycan XİN-in “qara siyahısı”, bütün bəyanat və notalarına rəğmən müxtəlif xarici vətəndaşlar işğal altındakı torpaqlarımıza gəlməkdə davam edir. 

Bu günlərdə Ukraynadan bir qrup bloger dövlət sərhədimizi pozaraq Xankəndinə gəlib. 

Moderator.az xəbər verir ki separatçı nəşrlərin yaydığı məlumata görə, blogerlər arasında həm ukrayın, həm də ermənilər var. Onlar  “BLACK HORSE” adlı “You Tube” kanalını idarə edirlər. Ukrayın bloger Nikolay Kovudun sözlərinə görə, kanalın 1 milyon 600 mindən çox abunəçisi var. Bəzən baxış sayı 7-8 milyona çatır. Kanalın ssenaristi atası Xankəndi, anası Bakı ermənisi olan, hazırda Ukraynada yaşayan Gevork Manukyandır. 

Qarabağa Azərbaycan XİN-in icazəsi olmadan böyük həvəslə(!) gələn blogerlər eyni cür hərəkətinə görə Azərbaycan hökuməti tərəfindən bir  müddət həbsdə saxlanılmış yəhudi mənşəli bloger Aleksandr Lapşini özləri üçün “kumir” hesab edirlər...

Sultan Laçın
Tarix: 22-09-2019, 15:32
Xəbəri paylaş





Xəbər lenti