Azərbaycanda rüsum dollarla ödənilir ? DANX 400 dollar məsələsinə aydınlıq gətirdi... - Video


nəqliyyat

Dövlət Avtomobil Nəqliyyatı Xidməti qanunsuz sərnişin daşıma ilə məşğul olan Gürcüstan vətəndaşı ilə qurumun müfəttişi arasında baş verən dialoq və 400 dollarlıq cərimə məsələsinə aydınlıq gətirib.


Bizimyol.info xəbər verir ki, DANX-ın Hüquqi təminat və nəzarət işinin təşkili şöbəsindən verilənməlumata görə, bir neçə gün əvvəl sosial şəbəkədə yayılan videoda müfəttişin Gürcüstan dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə ölkə daxilində qeyri-qanuni sərnişin daşımasını icra edən Gürcüstan Respublikasının vətəndaşına məlumat üçün səsləndirdiyi 400 dollarlıq cərimə haqqında ictimaiyyət arasında çaşqınlıq yaradan informasiyalar yayılıb.

“Məlumat üçün deyim ki, "Dövlət Rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələrinə dair 24-cü maddəsinin 24.6-cı bəndinə müvafiq olaraq rüsumun məbləği 400 dollardır".



Tarix: 25-09-2019, 15:36
Xəbəri paylaş





Xəbər lenti