QARADAĞI QARA GÜNƏ SALAN BAŞÇININ QARA ƏMƏLLƏRİ -VİDEO


QARADAĞI QARA GÜNƏ SALAN BAŞÇININ QARA ƏMƏLLƏRİ -VİDEO
Rəng dünyasında qara rəngin sirli, sehirli tərəfləri olduğu kimi, vahimə yaradan energetikası haqqında kifayət qədər məlumatlara sahibik. Digər bir tərəfdənsə qara rəng sirləri bağlayar, eyiblərə pərdə çəkər. Lakin eyib qədərdən-ölçüdən aşıb daşanda nəinki onu qara rəng, qara torpaq belə gizləyə bilməz. Nəticədə məmurun üz-gözü, əl-ayağı , hətta bütün vicdanı, mənəviyyatı qaraya boyanar. Elə düşünürsünüz məmur bu qara rəngin aqibətini görmür, bilmir? Çox gözəl bilir. Lakin “gün bu gündür” deyib, düşüb Qaradağ rayonunun canına. Dediniz kim düşüb? Siz tələsməyin, biz sizin sualınıza cavab verək.

Redaksiyaya şikayət xarakteli müraciətlərin daxil olması ilə əlaqədar Qaradağ rayonunda araşdırma aparmaq qərarına gəldik. Araşdırmamızın nəticələri elə acınacaqlı mənzərələri ortalığa çıxartdı ki, vətəndaşların söylədikləri yalan oldu.
Qaradağ rayon Muşfiqabad qəsəbəsində bələdiyyə tərəfindən torpaq sahələrinin ucdantutma satışının təşkili bizi müəmmalı suallarla qarşı-qarşıya qoydu. Bələdiyə torpaq sahələrini satır və Qaradağ rayon İcra Hakimiyyəti buna müdaxilə etmir. Nə qədər inandırıcı haldır? Üstəlik satılan torpaqlar üzərində tikililərə icazə verilməsi məsələni daha da qaranlıq istiqamətə sürükləyir.
2018-ci ilin avqus ayından “Tikintiyə icazə verilməsi” səlahiyyəti İcra Hakimiyyətlərinin səlahiyyətlərindən alınaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Belə olan halda Muşfiqabad qəsəbəsində aparılan tikintiləriə İcra Hakimiyyətindən icazələrin verilməsi hansı məqsədlərə xidmət edir?. Belə qənatə gəlmək olar ki, İcra Başçısı Süleyman Mikayılov üçün qanunlar, Qaradağ rayonunun küçələrində dizə qədər palçığa batan kasıb əhalinin qaloşlarına bənzəyir.
Muşfiqabad qəsəbəsi DYP-nin məntəqəsi istiqamətindən yeni salınmış “köçgün şəhərciyi” istiqamətində yollar müasir tipli işıqforlarla əhatə olunub. Düşündünüz necə də gözəldir. Elə? Gözümüzü oxşayan və müasirliyi ilə xoş təəssürat yaradan işıqforlara güvənib avtomobilin sükanı arxasına keçsəniz, sonuclar ağır nəticələrə yol aça bilər. Səbəbisə çox sadədir. İşıqforların heç biri işləmir. Sadəcə bəzək xarakterli bir də göz oxşamaq üçün düzülən aksesuarlardır. Bunun belə olduğunu biz düşünürük. Süleyman Mikayılov üçünsə işləməyən işıqforların sayəsində rayonun elektrik sərfiyyatını artıqlaması ilə qabardıb, büdcədən küllü miqdarda pul silməyə xidmət edən sərfəli vasitədir.Gecələr isə bu yolda baş verən saysız-hesabsız avtomobil qəzaları başçının əsla yuxusunu qaçıra bilməz.
Müşfiqabad qəsəbəsinin digər vacib problemi olan çirkab sularının ifunətli qoxusu (kanalizasiya) Süleyman Mikayılovun iş otağından çox uzaqda olduğu üçün bahalı odekolonunun qoxusunu məhv edə bilmir. Lakin görmək və duymaq istəmədiyi həqiqət bundan ibarətdir ki, qəsəbənin əhalisinin sıx məskunlaşdığı ərazi çirkab sularının axıdıldığı yataqdır. Burada yaranan iyrənc mənzərə məsələnin bir tərəfi. Digər tərəfdən isə antisanitariyanın ətrafa yaydığı yolxucu xəstəliklərin törətdiyi fəsadlar nə sözzlə ifadə oluna bilər, nə də ölçü vahidlərinə sığışar. Orada yaşayan əhalinin söylədiklərinə əsasən çirkab yatağınının əlverişli şəraiti sayəsində saysız-hesabsız zəhərli həşəratlar böçəklər əmələ gəlib. Zəhərli böcəklərin əhalini sancmaları nəticəsində coxlu sayda maliyariya, irinli-səpgili xəstəliklər və digər dəri xəstəlikləri qəsəbə əhalisini başına götürüb. Əslində qəsəbədə bu xəstəliklərin geniş yayılmasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin də günahları az deyil. Həm əhali, həm ekalogiyanın göz görə-görə məhv olmasına səssiz qalmaq vəzifə cinayətindən başqa bir hal ola bilməz. Bu haqda növbəti buraxlışımızda geniş bəhs edəcəyik.

Keçid alaq məsələnin digər sahəsinə

Qarabağ torpaqları düşmən tapdağının əsiri olandan bəri evindən, eşiyindən didərgin düşmüş bir qrup insan Qaradağ rayon ərazisində yerləşən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi təlim meydançasında özlərinə yurd-yuva salıb, güzəranlarını keçirirlər. Müdafiə Nazirliyi bu insanların yeganə gəlir yeri heyvandarlıq olduğunu nəzərə alıb, onların heyvanlarının qışlaması üçün fermaların tikilməsinə etiraz etməyib. Başçı Süleyman Mikayilov isə bunun tam əksini edir. Vətəndaş Vaqif Məmmədovun söylədiklərinə əsaslanıb başçının onlara qarşı etdiklərini şəhr edirik.
Vaqif Məmmədov və həmyerliləri Kəlbəcərdən, Qubadlıdan köçkünlük karvanına qoşulub Qaradağ rayonunda məskunlaşan zaman Süleyman Mikayılov “elm” öyrənməklə məşqul idi. Onlar yenidən həyata bağlanıb, düzənlərini qurub, əlləri çörəyə çatdığında, Süleyman Mikayılov rayona başçı gəldi. Rayona başçı təyin olunan zaman ölkə Prezidentinin vacib tapşırığı ondan ibarət oldu ki, əhalinin sosial-rifah halının ümdə vəzifəsi olduğunu unutmamaqdır. Rayon ərazisində məskunlaşan məcburi köçkünləri rəhbərlik etdiyi rayonun əhalisindən ayırmamaq kimi vacib göstərişlər verdi. Başçı isə yuxarıda qeyd etdiyimiz kimi öyrəndiyi”elm”inə meydan tapıb əhali üzərində “cəza maşınını” işə saldı.Vaqif Məmmədovun söylədiyinə istinadən başçı hər il onlardan üç yüz qoyun tələb edib. Verməyəcəkləri halda heyvanlarının qışlaq üçün tikdirdikləri fermalarını sökdürəcəyi ilə hədələyib. Fermerlər də təsərrüfatlarını qorumaq xatirinə başçının reketçilik tələbinə boyun əymək məcburiyyətində qalıblar. Son ildə isə başçının müavini Nadir müəllim şəxsən özü gəlib fermerlərdən 3000 (üç min) manta rüşvət tələb edib. Tələb olunan məbləği verə bilməyən köçkünnərin təsərrüfatları 01.08.2019-cu ildə ağır texnikanın qarşısına verilərək yerlə-yeksan edilib. Məsələnin dəhşətli tərəfi də ondan ibarətdir ki, Kəlbəcər Qubadlı köçkünlərinin təsərrüfatları ilə yanaşı yerləşən xüsusi xidmət orqanın vəzifəli şəxsi olan Vüsal adlı məmurun fermasının tozuna belə toxunulmayıb. Hadisələrin bu səpgidə axarına diqqət yetirdikdə yuxarıda Süleyman Mikayılovun dövlətin qanunlarına verdiyi dəyər ilə bağlı müqayisəmizdə yanılmadığımızı düşünürük. Əcəba, görəsən xüsusi xidmət orqanı işçisinin təsərrüfatının daşına toxunmağa cəsarət etməyən başçının marağı nədir? Bəlkə elə özü Vüsal ilə şərikli biznes yaratmaq xatirinə kasıb əhalini oradan uzaqlaşdırmağa çalışır. Ya bəlkə qara rəngin arxasında gizlədə bilmədiyi qaranlıq işlərinə künc-bucaqdan işıq düşüb də Vüsal bunlardan xəbərdar olub? Təbii ki, bunlar hamısı ehtimallardır. Reallıq isə tək bir acı həqiqəti sillə kimi üzə çırpır. Qaradağ rayonunun İcra Başçısı Qaradağın ağ baxtını qara düyünləmkdən zövq alır.
Adları qeyd olunan şəxslərin mövqeyin dərc etməyə hazırıq:(“DogruXeber.az”)

Kainat.tv









Tarix: 25-09-2019, 17:11
Xəbəri paylaş





Xəbər lenti