İran şirkəti Şuşadakı məscidi tanınmaz hala saldı – SON FOTOLAR

 


04.10.2019 - 13:05

Ermənilər Şuşanın məşhur Gövhər Ağa məscidini tanınmaz hala salıblar.

Onlar təmir-bərpa işləri bəhanəsi ilə məscidin daxili interyerində ciddi dəyişiklik edərək, tarixi abidənin bədii-estetik dəyərlərinə ciddi zərər vurublar.

Bu, sosial şəbəkələr vasitəsilə yayılan fotolardan da aydın görünür.

Xatırladaq ki, məscidin təmiri İranın “Part Saman Jahan” memarlıq şirkətinin iştirakı və erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın “İDEA” fondunun maliyyə yardımı ilə aparılıb.

Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub. /modern.az


Tarix: 4-10-2019, 23:00
Xəbəri paylaş





Xəbər lenti