Kəlbəcərin bu kəndində cəmi 20 yunan yaşayır...-SAYSIZ PROBLEMLƏR İÇİNDƏ...





İnzibati cəhətdən Kəlbəcər rayonuna daxil olan  keçmiş Ağdərə rayonunun Mehmana kəndində cəmi 4-5 yunan ailəsi qalıb. 

Moderator.az xəbər verir ki, Rusiya mediasının verdiyi məlumata görə, bu haqda  işğal altındakı Xankəndi şəhərində “Azsaylı xalqların festivalı”nda  “yunan icması”nın nümayəndələri bəhs edib. Yunanlar işğaldan sonrakı 26 il ərzində Mehmanə kəndinin yox olmaq üzrə olduğunu bildirərək kəndin saysız-hesabsız problemlərindən danışıblar. Özlərinin də etiraf etdiynə görə, əhalisininn cəmi 0,26 faizi digər millətlərin nümayəndələri olan separatçı rejim rəsmiləri həyasızcasına milli azlıqlarla bağlı tədbir keçiriblər. Lakin yunanlarla yanaşı, rus və digər icmalar da çoxsaylı problemlərdən danışaraq rejim rəhbərliyinin yalanlarını ifşa ediblər.

Qeyd edək ki, Mehmana kəndinə yunanlar XIX əsrdə Türkiyədən köçüb.

Sultan Laçın
Tarix: 7-10-2019, 20:23
Xəbəri paylaş





Xəbər lenti