FHN naziri sürüşmə zonasına niyə getmədi - FOTO

  
Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq qatı sürüşməsi baş verib. 
Siam.az xəbər verir ki, hadisədən bir neçə saat sonra Baş Nazir Əli Əsədov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədov hadisə yerinə gediblər.
Amma bu kimi fövqəladə hadisələrdə hər zaman öndə olmağa çalışan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nədənsə dünən sürüşmənin baş verdiyi ərazidə görünmədi. Bunun səbəbi haqda hələlik heç bir məlumat yoxdur. İstənilən halda isə Heydərovun ərazidə olmamaması bir sıra sualların yaranmasına səbəb olub.  
Tarix: 26-11-2019, 10:39
Xəbəri paylaş





Xəbər lenti