Aqil Abbas yazdı: “Nazim Sabiroğlu aləmi qarışdırdı” - FOTO


Deputat, tanınmış yazıçı-publisist Aqil Abbas Nazim Sabiroğlunun “Şuşada gördüklərim-jurnalist qeydləri” yazısına edalet.az saytında kiçik yazı həsr edərək öz mövqeyini bildirib. “Nazim Sabiroğlu da aləmi qarışdırdı” kiçik yazını Musavat.com oxucularına təqdim edirik. 

“Çıxıb gedib Şuşaya, burdan-bura da bizə deməyib. Ayıb olsun, bu nə təhər dostluq-qardaşlıqdı. Özü də Xan əminin mahnı qoşduğu, Vasif Quliyevin bibisi «Ay Qəmərim, Qəmərim»in xəngəlxanasında xəngəl yeməmisənsə, bu nə səfər oldu ey. Maa demirdin-demirdin, heç olmasa Vasifə deyərdin də, Şuşa üçün burnunun ucu göynəyir. İki qalalı qoşulub bir-birinizə o ki var ağlaşardınız.

Dərd bu deyil ey, dərd odur ki, həmin gün mənə neçə saytdan zəng gəldi ki, Nazim Sabiroğlunun Şuşaya səfərini necə qiymətləndirirsiz? Mən də hamısına məsləhət görürdüm ki, yazını ikinci dəfə, başa düşmədinizsə üçüncü dəfə oxuyun.

Məşhur söhbətdir. Folknerə deyirlər ki, «Səs-küy və qəzəb» romanını oxudum, heç nə başa düşmədim. Yazıçı da deyir ki, get ikinci dəfə oxu, başa düşməsən üçüncü dəfə oxu, yenə başa düşməsən dördüncü dəfə oxu, yenə başa düşməsən vur, oxu. Çünki mən özüm vurub yazmışam.
Nazim Sabiroğlunun da «Şuşada gördüklərim» yazısı həm səs-küy saldı, həm də qəzəb oyatdı. Nazim Folknerdən fərqli olaraq, bu yazını vurub yazmamışdı, qəzəbindən yazmışdı.

Var ol, qardaş, Şuşanı görməyənləri aparıb doğma şəhərində gəzdirdin. Davamını da yaz, yaxşı olar...”

3.jpg (27 KB)


Tarix: 26-11-2019, 21:12
Xəbəri paylaş





Xəbər lenti