Keçmiş xarici işlər nazirindən maraqlı paylaşım: "Deyəsən, qaqaşlar bizi dolayırlar..."

 Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov hazırda Bratislavada ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüş keçirir. Sabah da Zohrab Mnatsakanyanla görüşü olmalıdır. Bu görüşlər ərəfəsində keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov maraqlı bir şəkil paylaşıb. RF XİN rəhbəri S.Lavrovla E.Məmmədyarovun gülüşlərə qərq olduğu bu şəklin arxasında bizi gülüş olmasa da, ən azı təbəssüm gözləyirmi?

T.Zülfüqarovun "qaqaşlar bizi dolayırlar.., deyəsən” qısa statusunda bu təbəssüm hiss olunmur. Peşəkar diplomat yəqin Bakı görüşündən narazı qalıb və işğal olunmuş torpaqların azad olunması ilə bağlı hər iki nazirin konkret bəyanat verməməsinə bu yolla etirazını bildirib. 

Çox istərdik ki, Bratislavada səmimi gülüş olsun və 30 illik Qarabağ işğalına son vermək üçün konkret diplomatik addımların atılacağını millətimiz eşitsin, duysun. 

P.S. Amma, bizim nazir öz yerində, o adətən nəyəsə gülür, amma Lavrovun gülüşünün Azərbaycan üçün xeyir gətirəcəyi heç inandırıcı görsənmir. Deyəsən, yenə, nəsə fırlanır bu millətin başında.../moderator.az/       
  Siam.az
Tarix: 5-12-2019, 08:39
Xəbəri paylaş





Xəbər lenti