ATƏT-dən müharibə XƏRƏRDARLIĞI


ATƏT-dən müharibə XƏRƏRDARLIĞI
  • =

Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi üçün real təhlükə var. 

Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Slovakiyanın Xarici İşlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak belə deyib. “Dialoq bir il davam etdi. Müxtəlif platformalar vasitəsilə təşkilat etimad yaratmağa, gərginliyi aradan qaldırmağa və dialoqu davam etdirməyə çalışdı. Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi üçün real təhlükə mövcuddur. Münaqişələri birdəfəlik həll etmək üçün sehrli bir formulum yoxdur. Ancaq əminəm ki, ATƏT-in yeni dialoq üçün kanalların açılması ilə gərginliyi azaltmaq səyləri əvəzsizdir və ATƏT sülhə dair konkret addımlara dəstək verən ilk təşkilatdır",-deyə ATƏT sədri əlavə edib.

ATƏT sədrinin bu açıqlaması Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavada keçirilən görüşünün nəticəsiz başa çatması ilə əlaqədardır. Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında keçirilən danışıqlarda Ermənistanın işğalçı mövqeyindən geri çəkilməməsi və fikir ayrılığının qalması Miroslav Layçakı müharibənin başlanma ehtimalı barədə xəbərdarlıq mesajı verməyə vadar edib. 

Politoloq Tofiq Abbasov hesab edir ki, M.Layçak real vəziyyəti etiraf edib. Bu da beynəlxalq icitimaiyyətə verilmiş çox ciddi mesajdır:

“Miroslav Layçakın bəyanatını yüksək qiymətləndirirəm. Çünki Minsk Qrupunun həmsədrlərindən fərqli olraq, müharibə ehtimalının yüksək olduğunu göz önünə gətirir. Adətən belə görüşlər keçiriləndən sonra həmsədrlər problemi ört-basdır etməyə çalışır. Onlar belə görüşləri irəliyə doğru bir addım adlandırır, bunun davamlı olduğunu bəyan edir. Əgər Ermənistan, ümumiyyətlə, bu münaqişənin həllini istəmir və status-kvonun saxlanılmasına çalışırsa, deməli hərbi əməliyyatların başlanması ehtimalı yüksəkdir. Ona görə də Miroslav Layçak düzünü deyib. Minsk Qrupunun həmsədrlərindən fərqli olaraq, o süni surətdə ümidverici mənzərə yaratmır. O, deyir ki, bu məsələ ilə məşğul olmaq lazımdır. Tezliklə onu bu postda rotasiya qaydasında başqa Avropa dövlətinin nümayəndəsi əvəz edəcək. Amma Layçak öz missiyasını vicdanla yerinə yetirir. Həqiqətən də risklər var və gərginlik son dərəcə yüksəkdir. Ona görə də Azərbaycan tərəfi həmişə bildirir ki, biz danışıqların keçirilməsi xatirinə müzakirələr aparmayacağıq. Bu məsələ ilə məşğul olan bilavasitə Ermənistandır. Layçakla görüşdən sonra Elmar Məmmədyarov da dedi ki, Zöhrab Mnatsakanyan Helsinki Yekun Aktını gərək yenidən oxusun, orada hansı tələblərin və prinsiplərin təsbiq olunduğunu öyrənsin. Yəni sərhədlər toxunulmazdır və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əməl edilməlidir. Ermənistan həmin ərazilərdən öz qoşunlarını çıxartmalıdır. Biz Layçakla Məmmədyarovun baxışlarını təhlil edəndə belə qənaətə gəlirik ki, Ermənistan danışıqlar prosesini çökdürür və öz qoşunlarını Azərbaycan ərazisindən çıxartmaq istəmir. Məqsəd isə həmin əraziləri əbədi olaraq Ermənistanın nəzarətinə keçirməkdir”.

Ekspert onu da bildirdi ki, ATƏT sədrinin etirafına baxmayaraq, beynəlxalq qurumlar işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmaq üçün Ermənistana təzyiq göstərmir: 

“Ermənistanın mövqeyi passiv yanaşmalarla dəstəklənir. İşğalçı ölkəyə qarşı heç bir tədbir görülmür. BMT kimi beynəlxalq təşkilat Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirmir. ATƏT səviyyəsində tövsiyə xarakterli yanaşmalar verilir ki, bunların da ciddi təsiri olmur. Ona görə də Layçak həqiqəti deyir və fikir yayınmalarını aradan qaldırır. O, bildirir ki, beynəlxalq qurumlar bu işlə məğul olmalıdır”./Cebhe.info/



Tarix: 7-12-2019, 20:59
Xəbəri paylaş





Xəbər lenti