Elxan Şahinoğlu: “Qarabağ problemini bizim yerimizə kimsə həll etməyəcək”

 

Elxan Şahinoğlu: “Qarabağ problemini bizim yerimizə kimsə həll etməyəcək”

2020-ci il gəlir. Azərbaycanın 20 faiz torpaqları hələ də işğal altındadır. Geridə qoymaqda olduğumuz 2019-cu il münaqişənin həlli üçün növbəti itirilmiş təqvim oldu. Azərbaycan-Ermənistan danışıqlarında hər hansı irəliləyiş müşahidə olunmadı. Ötən illərdə olduğu kimi, bu il də istər dövlət başçıları, istərsə də XİN rəhbərləri səviyyəsində keçirilmiş görüşlər nəticəsiz qaldı. Əvəzində isə cəbhə xəttində Azərbaycan ordusu əsgər və zabitlərini itirdi.
25 illik atəşkəs münaqişənin həllindən başqa bütün işlərə yaradı - məcburi köçkün problemi həllini tapmadı, xalqlar arasında dərin nifrət və düşmən münasibətləri bərkidi. Eyni zamanda əhali arasında ATƏT-in Minsk Qrupuna inam itdi.
Heç şübhə yox ki, Ermənistan rəhbərliyi qəbulolunmaz təşəbbüslərlə çıxış etməklə özünü sülh tərəfdarı kimi təqdim etməyə, həmçinin status-kvonun saxlanmasına nail olmağa çalışır. Reallıq isə bundan ibarətdir ki, Ermənistanın baş naziri Nikol Paşinyan üçün hazırda öz kreslosunda möhkəmlənməkdən vacib məsələ yoxdur. Qarabağla bağlı hər hansı tərpənişin olması isə onun üçün vacib məsələ deyil.
Bəs gələn il sülh, yoxsa müharibə ili olacaq? Ekspertlər bu barədə nə fikirdədirlər? “Pis sülh müharibədən yaxşıdır” deyənlərə haqq qazandırmaq olarmı?
Tarix: 18-12-2019, 09:58
Xəbəri paylaş





Xəbər lenti