İcra başçısının qadın müavini də saxlanıldı - Bakıya gətirildi

İcra başçısının qadın müavini də saxlanıldı - Bakıya gətirildi


Bu gün həbs olunan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin daha bir müavini saxlanılıb.

Qaynarinfo bakupost.az-a istinadən xəbər verir ki, humanitar məsələlər üzrə müavini Lalə Eyyubova bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib.

Qeyd edək ki, ötən gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu saxlanılıb.
Tarix: 19-12-2019, 16:01
Xəbəri paylaş





Xəbər lenti