“Kim rüşvətə bulaşıbsa, xalqı incidirsə, dövlət başçısının üzərinə qaldırırsa, hamısı həbs edilməlidir” - Partiya sədri

“Kim rüşvətə bulaşıbsa, xalqı incidirsə, dövlət başçısının üzərinə qaldırırsa, hamısı həbs edilməlidir”
“Bunları boş buraxmaq olmaz və biz dəfələrlə qeyd etmişik ki, vəzifədən çıxarılan adamlar həbs edilməlidir, çünki onların əlində kifayət qədər maliyyə vəsasiti var və bundan da Azərbaycanı qarşıdırmaq üçün istifadə edirlər”

Siam.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanda məmurların həbsi haqda danışarkən deyib:

“Artıq islahatlar başlayıb və cənab prezident korrupsiyaya qarşı ciddi mübarizə anonsu verib və bu istiqamətdə də işlər gedir. Düşünürəm ki, icra başçıları, nazirlər və digər koteqariyadan olan insanların kimliyindən asılı olmayaraq rüşvət alırlarsa, hamısı həbs edilməlidir. Xalq bilməlidir ki, indi hansı tədbirlər görülür. Rüşvət alan hakimlər, həkimlər, polis işçiləri və prokuror orqanında işləyən insanlar var. Nazirlərin əksəriyyəti korrupsiyaya qurşanıb. Bunları boş buraxmaq olmaz və biz dəfələrlə qeyd etmişik ki, vəzifədən çıxarılan adamlar həbs edilməlidir, çünki onların əlində kifayət qədər maliyyə vəsasiti var və bundan da Azərbaycanı qarşıdırmaq üçün istifadə edirlər.

N.Quliyev hələ Goranboyda işləyərkən xalqa zülüm edirdi, rayonda rüşvət baş alıb gedirdi. Sonradan onu Ağstafaya icra başçısı təyin etdilər və orda da “ilişdi”. Göygöl rayonunun Mixayılovka kəndində şəhərcik salıblar və N.Quliyevin orda böyük villaları var. Bunu soruşsunlar ki, o, bu villaları hanı vəsaitlə tikib, onun aldığı maaşla bunları tikmək olardımı? Bunların hamısı reallığı əks etdirən hadisələrdir və heç kim fikirləşməsin ki, həbs ediləndə dostlarının köməyilə canını qurtara biləcək. Kim rüşvətə bulaşıbsa, xalqı incidirsə, dövlət başçısının üzərinə qaldırırsa, hamısı həbs edilməlidir. Bu hələ başlanğıcdır və xalq çox şeylərin şahidi olacaq”.  
Siam.az
Tarix: 20-12-2019, 09:20
Xəbəri paylaş





Xəbər lenti