Şayiələrdəki və reallıqlardakı Qarabağ...

 

Əvvəlcə onu deyək ki, şayiələr özünəməxsus zond kimidir. Onların köməyilə bu şayiələri dövriyyəyə buraxanlar siyasi landşaftı zondlamağa çalışırlar.

Məsələ bunadadır ki, bəzən fəaliyyətdə olan siyasətçilərin və diplomatların əsəbləri davam gətirmir və onlar bu və ya digər şayiələri şərh etməyə başlayırlar ki, insanlar yanlış qərar qəbul etməsin, yanlış bir istiqamətə yönəlməsinlər.

Odur ki, əgər bizdən “Ermənistan siyasətində nə daha çoxdur: şayiə, yoxsa doğru-dürüst informasiya” deyə soruşsalar, açığı, biz bu suala dərhal cavab verməyə çətinlik çəkərik. Birincisi, ona görə ki, Ermənsitan qətiyyən cəmi iki il bundan əvvəl inqilab baş verən ölkəyə bənzəmir: bəli, bu ölkədə nə siyasi müxalifətin, nə də azad medianın-junalistikanın ritmi duyulmur.
Nə qədər qəribə olsa da, hələ səksəninci-doxsanıncı illərdə də belə olurdu; başqa sovet ölkələrində siyasi həyat sözün əsl mənasında qaynayırdı, amma o vaxt da Ermənistanda demək olar ki, bircə söz bilir, bircə söz ilə maraqlanırdılar: Dağlıq Qarabağ...

Eyni şey faktiki olaraq indi də baş verir: seyrək hallarda “siyasi sensasiyalar” səslənir, amma daha çox bu haqda ki, guya N.Paşinyan hakimiyyəti Dağlıq Qarabağı və yaxud da bütün işğal olunmuş rayonları Azərbaycana qaytarmağa hazırlaşır! Belə təəssürat yaranır ki, bunların sanki Dağlıq Qarabağdan savayı problemi yoxdur! Amma nəinki sırf siyasi, o cümlədən də sosial-iqtisadi problemlər xirtdəyə qədərdir.

Ukraynaya və yaxud qonşu Gürcüstana baxın. Bu ölkələrdə demokratiyanın ritmi və pulsu duyulur. Əlbəttə, orada da hər şey tamam, ideal dərəcədə rəvan deyil. Amma his olunur ki, bu ölkələr tamam-kamal bir dəstə siyasətbazın ixtiyarında deyil, cəmiyyət də proseslərdə iştirak edir və yaxud da etməyə çalışır...

Dağlıq Qarabağ probleminə gəldikdəsə, aydın məsələdir ki, dekabrın son beş-on günü bu müstəvidə çətin ki, nə iləsə yadda qalsın.

Əksinə, Ukrayna prezidentinin Bakıya səfər etməsi, xüsusən də onun Azərbaycanın ərazi bütövıüyünə dəstək verməsi ermənilərin Milad bayramı ərəfəsində yarasına lap duz tökübdür, hərçənd, biz doğrusu, heç bir məsələni bilmirik: ermənilər Miladı kiminlə qarşılayırlar – katoliklərlə, yoxsa pravoslavlarla? Yoxsa burada da onların özlərinin ayrıca – erməni tarixləri var?

Xarici işlər nazirinin son görüşündə, - əlbəttə, buna görüş demək mümkünsə, - belə vəd olundu ki, növbəti ilin əvvəllərində daha bir görüş olacaq.

Biz yazını şayiələrdən başladıq. Hələ yaydan şaiyələr gəzirdi ki, N.Paşinyan tezliklə iki naziri – xarici işlər və müdafiə nazirlərini azad edəcək, çünki bu adamlar populist ritorika sahəsində baş nazirə əməlli – başlı rəqabət yaradır, hətta bəzən onu üstələyirlər. Amma hələki bu şaiyə öz təsdiqini tapmayıbdı, amma onlar bir sıra kommentariyalara səbəb oldular ki, bunun özü də əhəmiyyətsiz məsələ deyil.

Müstəqil politoloqlara və yaxud da təhlilçilərə gəldikdə isə, onlar da hesab edir ki, növbəti yaya qədər situasiya aydınlaşmalıdır. Aydın məsələdir ki, belə də olacaq: növbəti ilin birinci yarısında minimum iki görüş keçirmək mümkün olacaq, ən başlıcası isə, bu müddətdə MDB-nin İkinci dünya müharibəsində qələbəyə həsr olunan daha bir tədbiri olacaq və burada Azərbaycan prezidentinin erməni baş naziri ilə qeyri-rəsmi görüşmək imkanı olacaq.

Bu baxımdan ilin birinci yarısı bizim üçün bir növ bir güzgü kimi olacaqdır və biz bu güzgüyə baxıb bir suala cavab tapmağa çalışacağıq: Paşinyan hökumətindən nəsə gözləməyə, onunla danışıqları davam etmirməyə dəyərmi?

Məsələ təkcə onda deyil ki, Ermənistan ən yeni, “inqilabi” hakimiyyəti danışıqlara hazır deyil, ondadır ki, Ermənistanın xarici işlər naziri məsələyə nəinki yaradıcı şəkildə, ümumiyyətlə, ciddi yanaşmır. Bu müddət ərzində bütün danışıqlar prosesini iki mərhələyə bölmək olardı: münaqişənin humanitar aspektlərinin razılaşdırılması və əlbəttə, problemin çözülməsinin konkret ssenarilərinin müzakirəsi.

Humanitar məqamalara yanaşma, onları həll etmək istəyi dərhal bir məsələyə aydınlıq gətirəcəkdir: tərəflər problemə münasibətdə necə kökləniblər? Onlar qarşılıqlı inciklikləri və nifrəti adlamağa hazırdırmı?

Bir neçə dəfə qeyd etmişik ki, bu iki il ərzində Azərbaycan prezidenti kifayət qədər təmkin və konstruktivlik nümayiş etdirib: rəsmi Bakı hələ ötən il İrəvana yerli və parlament seçkilərini keçirmək imkanı verdi və bundan başqa, Azərbaycan prezidenti əsir və girovları “hamının hamıya” prinsipilə dəyişdirilməsini təklif etdi...

Hətta bu iki məqam belə bir suala cavab vermək üçün yetərlidi: niyə görə demokrat V.Zelenski səfərçün “inqilabi İrəvanı” yox, Bakını seçir? Ona görə ki, Bakı ilə işləmək və əməkdaşlıq etmək mümkündür, İrəvan isə yalnız yalan danışmağı və dilənməyi bacarır...

Tarix: 21-12-2019, 13:49
Xəbəri paylaş





Xəbər lenti