Dığa və axçilər Şuşa qalamızda belə kef edir...-FOTOLAR

            
Bizim savadsızlarımızın da başı bayağı ailə-məişət şoularına, savadlılarımızınkı isə əndrəbadi siyasi şoulara qarışıb... Heyif Qarabağ - can, şəhidlər!.. Ermənilər sosial şəbəkələrdə Azərbaycanın işğal altındakı Şuşa şəhərindəki qədim qala divarlarının yanında fəaliyyət göstərən kafenin reklamını yayıblar.
Moderator.az xəbər verir ki, reklam mətnində deyilir: 

“Parisp Gastro Bak» - şəhərin girişində, Şuşa qalasının yanında yerləşən rahat bir kafe. Burada nadir “Artsax” şərabı, ocaqda bişmiş “jenqyalov ats” (göy kətəsi-S.L.), samovardan  bitki çayı, “kurkut”(buğda və ətdən hazırlanan erməni xörəyi-S.L.) və xaşdan istifadə edə bilərsiniz. Axşamlar burada ocaqlar yandırılır və gitara çalınır. Məkan ilin istənilən vaxtında gözəldir...”
P.S. Erməni dığa və axçilər torpaqlarıımızda, Şuşa qalamızda belə kef edir. Bizim savadsızlarımız da bayağı ailə-məişət şoularına, savadlılarımız isə əndrəbadi siyasi şoulara giriftar olub vaxt öldürür... Heyif Qarabağ - can, şəhidlər!..

Sultan Laçın
Tarix: 22-12-2019, 20:55
Xəbəri paylaş





Xəbər lenti