Fələstinlilər Netanyahunun gəldiyi məntəqəyə raket atdı...- Baş nazir zirzəmiyə qaçdı...


Biz niyə bircə dəfə iki gündən bir Qarabağa gələn Ermənistan baş nazirini belə qorxutmuruq?..
Yoxsa heç bir real iqtisadi, hərbi gücü olmayan balaca Fələstincə qeyrətimiz, gücümüz yoxdur?..



Dünən – dekabrın 25-də yerli vaxtla saat 21.00 radələrində  İsrailin Aşkelon və Lahiş yaşayış məntəqələrində raket hücumu barədə erkən xəbərdarlıq sisteminin həyəcan siqnalları səsləndirilib. Yerli sakinlərin bildirdiyinə görə, sirenin ardınca güclü partlayış səsi eşidilib. 

Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərə görə,  Müdafiə Qüvvələrinin mətbuat xidməti Qəzza zolağından İsrail ərazisinə bir raket atışının qeydə alındığını bildirib. Raket "Dəmir günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

“Kan Bet” radiosunun müxbiri Asaf Pozaylov Aşkelondakı sirenlərin Benjamin Netanyahunun “Likud” partiyasının üzvləri ilə görüşdüyü zaman səsləndiyini söyləyib. Həyəcan siqnalı əsnasında hökumət başçısı Arxa Cəbhə İdarəsinin tövsiyələrinə uyğun olaraq bomba sığınacağına getməyə məcbur edilib. 

B.Netanyahunun axşam saatlarında Aşkelona baş çəkmək niyyətində olması barədə mediada məlumat verilmişdi və buna görə də “Həmas” silahlıları və Qəzza zolağındakı digər  qruplaşmalar bundan xəbər tuta  bilərdi. 

Bomba sığınacağından qayıdan İsrail baş naziri olaya belə reaksiya verib: 

"Sonuncu dəfə bizə atəş açan artıq o dünyaya köçüb. İndi atəş açan  isə artıq əşyalarını toplaya bilər..."

P.S. Biz niyə bircə dəfə iki gündən bir de-yure dövlət sərhədimizi pozaraq Qarabağa, Şuşaya  - öz hüquqi-tarixi torpaqlarımıza gələn Ermənistan baş nazirini, prezidentini və ya  nazir-filanları  belə qorxutmuruq?.. Yoxsa  heç bir real iqtisadi, hərbi gücü olmayan balaca Fələstincə qeyrətimiz, gücümüz yoxdur?..

Sultan Laçın
Tarix: 26-12-2019, 13:55
Xəbəri paylaş





Xəbər lenti