Axşam saat 7-də ermənilər Laçında artıq 28-ci “yolka”larını işıqlandıracaq...

Biz də saytlarda, telekanallarda torpaqlarımız uğrunda 28 illik “uğurlu” “mübarizə”mizi işıqlandıracağıq, hə?..





 Ermənilər bu axşam saat 19:00-da Azərbaycanın 28-ci ildir ki, işğal altında qalan, "Berdzor" adlandırılmış Laçın şəhərində qurduqları 28-ci Yeni İl küknarının işıqlarını təntənəli şəkildə, atəşfəşanlıqla yandıracaq.
Moderator.az xəbər verir ki, bu haqda Xankəndidəki separatçı erməni nəşrləri məlumat yayıb. Şuşa, Qubadlı  və Gorusdan gələn yolların kəsişdiyi “poçt” deyilən dairədə qurulacaq 2020-ci ilin baş “yolka”sının neçə metr hündürlyündə olması haqda hələlik məlumat verilmir. Xatırladaq ki, ermənilərin 2019-cu il üçün qurduqları küknarın hündürlüyü 10 metr olmuşdu...

P.S. Biz də, yəqin, saytlarda, telekanallarda torpaqlarımız uğrunda 28 illik “uğurlu” “mübarizə”mizi işıqlandıracağıq, hə?..

Sultan Laçın
Tarix: 28-12-2019, 08:46
Xəbəri paylaş





Xəbər lenti